IQNA

11:56 - June 11, 2019
Xəbər sayı: 3485309
Danimarkanın hakim partiyası “Venstre"nin gənclər “qanadı” olan “Liberal gənclik” “inteqrasiya etmiş uğurlu müsəlman qadın” mövzusunda çəkdiyi təbliğat videosu ilə böyük narazılığa səbəb olub.

İslamazeri.com-un “Sputnik News”-ə istinadən verdiyi xəbərə əsasən, Danimarkanın hakim partiyası “Venstre - Danimarkanın Liberal Partiyası”nın gənclər “qanadı” olan “Liberal gənclik” “inteqrasiya etmiş uğurlu müsəlman qadın” mövzusunda çəkdiyi təbliğat videosu ilə böyük narazılığa səbəb olub.

Həmin videoda danimarkalı müsəlman qadın Əmirə, “azad” və “inteqrasiya olunmuş” qadın, dar losin geyinərək qaçır, kişilərlə romantik münasibətlər qurur və sonda hicabını açır.

Danimarkanın müsəlman icması bu cür təxribatçı video ilə bağlı öz hiddətini bildirib. Videodan müsəlman rolunu oynayan şəxs qeyri-müsəlman olan 22 yaşlı aktrisa Klara-Mariya Ronnebrodur.

“Tanış olun, bu, Klaradır. O, müsəlman deyil və yaylıq da örtmür”, - deyə narazı sosial şəbəkə istifadəçiləri sözügedən videonun şərhində yazırlar.

Maraqlıdır ki, “Liberal gəncliy”-in sədri Yakob Sabro videonun “insanları qəzəbləndirmək” və səs-küyə səbəb olmaq məqəsdi ilə çəkildiyi gizlətmir.

Teqlər: iqna ، avropa ، kanada ، hicab ، islamofobiya
Ad:
E-poçt:
* Comment: