IQNA

15:08 - June 14, 2019
Xəbər sayı: 3485323
Almaniyanın Bermən şəhərinin "ər-Rəhmət" və Kasel məscidlərinə islamofob radikal şəxslərin hücum edərək əlli nüsxə Quranı cırması və məscidin şüşələrinin sındırılması dövlət tərəfindən qınandı.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Almaniyanın Bermən şəhərinin "ər-Rəhmət" məscidinə anonim şəxslərin hücum edərək əlli nüsxə Quranı cırması dövlət tərəfindən qınandı.

Almaniya baş nazirinin sözçüsü Estefan Zabirt hadisə barəsində deyib: Cinayətkarların bu əməli cəmiyyətdə dini ayinlərin icrasına və tolerant yaşam tərzinə təcavüzdür. Almaniya dövləti bu cinayəti bağışlamayacaqdır.

Ölkə polsi radikalların bu cinayətinə işarə edərək əhalidən istəyib ki, hadisə ilə bağlı məlumatlarını polisə bildirsinlər.

Almaniya Müsəlmanlar Şurasının rəisi Eymən Mazik bu hadisəni məhkum edərək bunu müsəlmanlar əleyhinə nifrət və zorakılıq adlandırıb və dövlətdən cinayətkarların cəzalandırılmasını tələb edib.  

Xatırladaq ki, keçən həftənin Şənbə və Bazar günləri Almaniyada müsəlmanların iki məscidi (ər-Rəhmət və Kasel) radikal islamofobların hücumuna məruz qalıb.

http://iqna.ir/fa/news/3819168

Teqlər: almaniya ، məscid ، Quran ، islamofobiy
Ad:
E-poçt:
* Comment: