IQNA

9:02 - June 16, 2019
Xəbər sayı: 3485328
Terrorçuların vəhşicəsinə hücumları üzündən öz mənzillərini tərk etməyə məcbur olmuş Suriyanın Palmira şəhərinin sakinləri təhlükəsizliyin bərqərarı və vəziyyətin sakitləşməsi ilə öz mənzillərinə geri dönürlər.

IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla xəbər verir ki, İŞİD terrorçularının öz şəhərləri və diyarlarından qovduqları Humsun şərq ətrafında yerləşən Palmira şəhərinin sakinləri şəhərdə ehtiyac duyulan əsas xidmətlərin təmin edilməsindən sonra öz ev-eşiklərinə qayıdırlar.

Bu şəhər əhalisindən olan onlarla ailə şəhər sakinlərinin ilk qrupu formasında öz mənzilinə qayıdıbdır.

Palmiraya geri dönmüş vətəndaşlardan biri deyib: Əlhəmdulillah, vəziyyət yaxşıdır. Hamıdan öz mənzillərinə geri dönmələrini istəyirik.

Palmira yeniyetmələrindən biri də deyib: Şəhərdən dörd il mühacirət etdikdən sonra şəhərə geri dönmək və burada dərs oxumaq istəyirdim.

Digər bir Palmira sakini deyib: O qədər sevinirəm ki, həddi-hüdudu yoxdur. Təhlükəsizlik bərqərar edilib. Şəhəri tərk etmiş hər kəsdən şəhərə geri dönməsini istəyirik.

Suriyalı rəsmilər əhalinin geri dönməsi və yaşayışının davam etməsinə zəmanət üçün ehtiyac duyulan xidmətləri və münasib zəmini yaradıblar.

Palmira şəhər şurasının sədri Hani Dəas deyib: Şəhər şurası öz mənzillərinə geri dönən sakinlər üçün ehtiyac duyulan xidmətləri, o cümlədən işığı və suyu təmin edib. Küçə və prospektlər uçqunlardan təmizlənibdir.

Şəhərin su təşkilatının müdiri Musa Musa deyib: Əhali qayıdan kimi mənzillərə suyun verilməsi xidmətlərinə başlamağa hazırıq. Su və kanalizasiya sistemlərinin qorunması işi həyata keçirilib.

Suriya ordusu 2017-ci ildə Palmira şəhərinin nəzarətini ələ aldı və İŞİD terrorçularını şəhərdən çıxardı.

Bundan öncə İŞİD terrorçularının şəhərdən çıxardıqları Palmira didərginlərinin ilk qrupunun geri dönməsilə şəhər yenidən canlanıbdır.

Teqlər: Palmira ، terrror ، Suriya ، iqna ، Quran
Ad:
E-poçt:
* Comment: