IQNA

Ərbildə İran məhsulları sərgisi

12:31 - June 17, 2019
Xəbər sayı: 3485331
Çərşənbə axşamı günü Ərbildə keçirilən xüsusi sərgi İran məhsullarına həsr olunmuşdu. Bu, 311 İran şirkətinin mallarının sərgiyə gələnlərə təqdim olunduğu ən böyük sərgi idi.

Beynəlxalq Quran Xəbər Agentliyi(IQNA) Sahartv-yə istinadla xəbər verir ki, Çərşənbə axşamı günü Ərbildə keçirilən xüsusi sərgi İran məhsullarına həsr olunmuşdu. Bu, 311 İran şirkətinin mallarının sərgiyə gələnlərə təqdim olunduğu ən böyük sərgi idi. İraq Kürdüstanı məntəqəsinin məsul şəxsləri də bu sərgidə olaraq, bu məntəqənin İranla mühüm əlaqələrinə təkid ediblər. Onlar həmçinin İraq Kürdüstanı məntəqəsinin bu məntəqədə İran mallarının cəzb edilməsi üzrə proqramından xəbər veriblər.

Nəvzad Hadi- İraq Kürdüstanı məntəqəsinin icra başçısı:

İraq Kürdüstanı məntəqəsi ilə İran arasında ticarət mübadilələrinin davam etməsi bu məntəqə dövlətinin əsas proqramlarından biri olubdur. Bu proqram iki tərəfin iş adamlarının əlaqələri məsələsinin sürətləndirilməsi hədəfilə işlənib hazırlanıbdır. Biz İran məhsullarının təqdimatı üçün çoxlu sayda sərgi keçiriik. Zira İraq Kürdüstanı məntəqəsində bu məhsullara böyük tələbat vardır. Bu kimi sərgilərin keçirilməsi İran ilə İraq Kürdüstanı məntəqəsini ticarət əlaqələri həcminin artmasına səbəb olacaq.

İraq Kürdüstanı məntəqəsində İran məhsullarına həsr olunmuş xüsusi sərgidə çeşidli məhsullar sərgilənibdir.

Kənd təsərrüfatı məhsulları, tikinti materialları, ev ləvazimatı, kosmetik məhsullar, elektron məhsullar, qida məhsulları bu sərgidə təqdim olunub. Öz məhsullarını bu sərgidə təqdim edən şirkətlər ümid edirlər ki, məntəqədə daha geniş iştiraka malik ola biləcəklər. Belə bir halda, İran məhsullarının istehlakçıları İranda düzəldilmiş məhsulların keyfiyyətindən razıdırlar.

Ətaullah Hoseyni- iranlı iş adamı:

Biz kənd təsərrüfatı məhsullarının təqdimi üçün İraq Kürdüstanı məntəqəsi ilə müştərək bazara malik olmaq fikrindəyik. İran istehsalı olan kənd təsərrüfatı üzrə maşın avadanlığı qarşı tərəfi cəzb etmək üçün endirimlə təqdim edilir. Bu addım bu məntəqəyə öz  kənd təsərrüfatı sənayesinin inkişafında kömək edəcək.

İraq vətəndaşı:

Bu sərgidə təqdim oluan İran məhsulları yüksək keyfiyyətə malikdirlər və onların qiymətləri də məntiqlidir.

İran məhsulları daim yüksək keyfiyyətə malik olublar və demək olar ki, bütün sahələrdə İran malları yüksək keyfiyyətə malikdirlər. Bu üzdən, ailəmlə birgə bir daha bu sərgiyə baş çəkmək və bizə lazım olan məhsulları satın almaq niyyətindəyəm.

Bu sərgi daha dörd gün davam edəcək. Onda məqsəd, Amerikanın şiddətli anti-İran sanksiyalarına rəğmən, ikitərəfli ticarət əlaqələrinin genişləndirilməsidir.

İraq Kürdüstanı məntəqəsi daim İran məhsulları üçün çox gözəl bir bazar olubdur. İki tərəf arasındakı əlaqələr möhkəmlənibdir və bu məhsullara olan yüksək tələbat öz məhsullarını təqdim etmələrindən ötrü iranlı şirkətlər üçün münasib şərait yaradıbdır.

Teqlər: Ərdəbil ، iran ، kürdüstan ، iqna ، quran
captcha