IQNA

9:38 - June 18, 2019
Xəbər sayı: 3485335
2012-ci ildə demokratik seçkilərlə prezident seçilən Misirin sabiq prezidenti Məhəmməd Mursi həyatını dəyişib. Misir Dövlət Televiziyası onun məhkəmədə salonundaca həyatını itirdiyini bildirib. 

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, 2012-ci ildə demokratik seçkilərlə prezident seçilən Misirin sabiq prezidenti Məhəmməd Mursi həyatını dəyişib. Misir Dövlət Televiziyası onun məhkəmədə salonundaca həyatını itirdiyini bildirib. 

Mursi ölkədə başlayan etirazlardan sonra hərbi çevrilişlə devrilmiş və tərəfdaşlarıyla birlikdə həbs olunmuşdu.

2018-ci ilin iyul ayında Misir məhkəməsi tərəfindən “Müsəlman Qardaşlar” hərəkatının eyni anda 75 üzvü barəsində edam hökmü vermişdi.

Mursinin kiçik oğlu Abdullah atasının şəkər xəstəliyinin şiddətləndiyini və sol gözündəki şiddətli ağrı və görmə problemləri səbəbilə  xüsusi bir xəstəxanaya köçürülüb əməliyyat edilməli olduğunu bildirmişdi.

1951-ci ilin Avqust ayında Misrin əş-Şərqiyyə əyalətində anadan olan Məhəmməd Mursi, bu gün (18 İyun 2019-cu il) dövlət təhlükəsizlik qüvvələrinin gücləndirilmiş tədbirləri əhatəsində dəfn edildi.

http://iqna.ir/fa/news/3820210

 

Teqlər: iqna ، mursi ، misr
Ad:
E-poçt:
* Comment: