IQNA

Daha bir Avropa ölkəsində təxribat:
9:44 - June 18, 2019
Xəbər sayı: 3485336
Aksiya paytaxt Oslodan 45 km məsafədə yerləşən Drammen yaşayış məntəqəsində keçirilib. Adıçəkilən məntəqədə kompakt şəkildə müsəlmanlar yaşayırlar.

İslamazeri.com-un “Anadolu”-ya istinadən verdiyi xəbərə əsasən, Norveçdə bir qrup ultra-sağçı millətçi ölkədə İslam dininin qadağan edilməsi çağırışı ilə aksiya təşkil edib.

Aksiya paytaxt Oslodan 45 km məsafədə yerləşən Drammen yaşayış məntəqəsində keçirilib. Adıçəkilən məntəqədə kompakt şəkildə müsəlmanlar yaşayırlar.

“Norveçin İslamlaşmasına son qoyun” qrupunun lideri Anna Braten nümayişkəranə müqəddəs Qurani-Kərimin nüsxəsini yerə atıb və müsəlmanların ünvanına təhqirlər səsləndirib.

O bildirib ki, Norveçdə İslam dini üçün yer yoxdur və ölkə rəhbərliyini ölkədəki bütün Quran nüsxələrini məhv etməyə səsləyib.

Braten Quranın nüsxəsini cırmağa çalışsa da, polis müdaxilə edib; o, bu əsnada müqəddəs kitabı yerə atıb.

Norveç DİN rəsmisi İnqa Lansruq deyib ki, müsəlmanların ünvanına təhqirlər edildikdən sonra, aksiya qadağan edilib.

Qeyd edək ki, müsəlmanlara qarşı oxşar təxribatlar Danimarka və Finlandiyada da törədilib.

Danimarkanın “Stram Kurs” ultra-sağçı hərəkatının lideri Rasmus Paludan May ayında müsəlmanların yaşadığı kvartalda Qurani Kərimin nüsxəsini yandırıb.

Finlandiyanın “Suomen Kansa Ensin” sağçı partiyasının lideri Marko de Vit isə Avropa parlamentinə seçkiqabağı kampaniya zamanı seçicilərin gözü önündə Qurani Kərimin nüsxəsini cırıb.

Teqlər: iqna ، oslo ، norveç
Ad:
E-poçt:
* Comment: