IQNA

10:06 - June 18, 2019
Xəbər sayı: 3485337
Türkiyə cümhuriyyətinin prezidenti Rəcəb Təyyib Ərdoğan deyib: Mursi mübarizəsi yolunda canından keçən şəhiddir. Tarix onu şəhid edən zalimləri heç vaxt unutmayacaq.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Türkiyə cümhuriyyətinin prezidenti Rəcəb Təyyib Ərdoğan deyib: Mursi mübarizəsi yolunda canından keçən şəhiddir. Tarix onu şəhid edən zalimləri heç vaxt unutmayacaq.

Türkiyə cümhuriyyətinin prezidenti Rəcəb Təyyib Ərdoğan İstambulda keçirilən Xəliç Konqresi Mərkəzində elan edib:

Edama məhkum edilmiş Məhəmməd Mursi son nəfəslərini məhkəmə zalında alıb. Bu, ona və Misr xalqına edilən zülmün göstəricisidir.

Ərdoğan vurğuladı: Zalimlər məzlumların canının qəsdinə dura bilərlər, hətta onları öldürərək şəhid də edə bilərlər, amma heç vaxt onların mübarizəsinin böyüklüyünə zərbə vura bilməzlər.   

http://iqna.ir/fa/news/3820249

 

 

Teqlər: iqna ، mursi ، ərdoğan
Ad:
E-poçt:
* Comment: