IQNA

Vəhabi krallıqdan “şirk”: Ölkədə ilk opera konserti

13:00 - June 18, 2019
Xəbər sayı: 3485340
Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyad şəhərində krallıq tarixinin ilk opera konserti baş tutub. Sözügedən tədbiri isə, Milan teatrının nəzdində yaradılmış “La Scala” teatrının akademiyası təşkil edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “The Saudi Gazette”-yə istinadən verdiyi xəbərə əsasən, Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyad şəhərində krallıq tarixinin ilk opera konserti baş tutub. Sözügedən tədbiri isə, Milan teatrının nəzdində yaradılmış “La Scala” teatrının akademiyası təşkil edib.

“İtaliya operasının dünyasına səyahət” adlı konsert Səudiyyə Ərəbistanı Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilib.

Maraqlıdır ki, təqdimatın biletləri pulsuz paylanılırdı; bileti əldə etmək üçün əvvəlcədən onlayn qeydiyyatdan keçmək lazım idi.

Tamaşaçılar Rossini, Verdi və İtaliya operasının qızıl əsrinin digər bəstəkarlarının operalarını dinləyə biliblər. /islamazeri/

captcha