IQNA

13:07 - June 18, 2019
Xəbər sayı: 3485341
Bruklin küçələrinin (Nyu-York, ABŞ) şahidlik etdiyi təsirli səhnə müasir dünyadakı dinlərin harmoniya içərisində bir yerdə yaşamaq imkanının olduğunu xatırladıb.

İslamazeri.com-un “Islam News”-ə istinadən verdiyi xəbərə əsasən, Bruklin küçələrinin (Nyu-York, ABŞ) şahidlik etdiyi təsirli səhnə müasir dünyadakı dinlərin harmoniya içərisində bir yerdə yaşamaq imkanının olduğunu xatırladıb.

Hadisə şahidinin sözlərinə görə, Bruklinin iki küçəsinin kəsişməsində Asiya-mənşəli kişi huşunu itirib. Yoldan keçən iki nəfər isə yardım etmək ona yaxınlaşıb: ortodoksal yəhudi-hasid və hicablı müsəlman xanım.

Ənənəvi yəhudi libasındakı və araqçın taxmış kişi və hicablı qadın təcili tibbi yardım gələnədək huşunu itirmiş kişinin başı üstündən ayrılmayıblar. Onlar həmin kişiyə su veriblər, altına pencək səriblər.

Yarım saat sonra təcili tibbi yardım hadisə yerinə gələrək kişini xəstəxanaya aparıb. Tezliklə sosial şəbəkələrdə dinlərarası həmrəylik və qarşılıqlı yardımı əks etdirən həmin kadrlar peyda olub.

Teqlər: iqna ، israil ، yəhudi ، tolerantlıq
Ad:
E-poçt:
* Comment: