IQNA

15:15 - June 18, 2019
Xəbər sayı: 3485342
Malaziyanın baş naziri Mahatir Məhəmməd İngiltərəyə üç günlük səfəri çərçivəsində Britaniya muzeyinin İslam Dünyası bölməsinin "əl-Buxari Fondu" qalereyasına baxış keçirib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Malaziyanın baş naziri Mahatir Məhəmməd İngiltərəyə üç günlük səfəri çərçivəsində Britaniya muzeyinin İslam Dünyası bölməsinin "əl-Buxari Fondu" qalereyasına baxış keçirib.

Muzeyə baxış zamanı Malaziyanın baş naziri Mahatir Məhəmmədi muzeyin rəis müavini Canatan Vilyamz müşayət edib. O, İslam mədəni irsinin bu muzeydəki əzəməti barədə nazirə məlumat verib.

Britaniya muzeyinin "əl-Buxari Fondu qalereyası" İslami irsin sərgisi üçün nəzərdə tutulub. Bu sərgidə dünyanın qədim tarixi, avropa xalqları və İslam mədəniyyəti arasındakı əlaqələri göstərən və Hicrinin birinci əsrindən bu günədək, Afrikadan Asiyayadək ki, tarixi ehtiva edən əsərlər nümayiş olunur.

"əl-Buxari Fondu" Malaziyalı tacir Seyyid Muxtarın sərmayəsi ilə təsis edilmişdir və sosial mədəni-maarif sahəsinin genişləndirilməsi yönündə fəaliyyət göstərir.  

http://iqna.ir/fa/news/3819964

Ad:
E-poçt:
* Comment: