IQNA

9:01 - June 19, 2019
Xəbər sayı: 3485346
Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Suriya İdlib bölgəsindəki vəziyyət və terrorçuluqla mübarizə barədə danışıb.

İslamazeri.com-un “İnterfaks”-a istinadən verdiyi xəbərə əsasən, Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Suriya İdlib bölgəsindəki vəziyyət və terrorçuluqla mübarizə barədə danışıb.

Suriyada bizim Hava-Kosmik Qüvvələrimiz (HKQ) Bəşər Əsədi devirmək, dövlətin parçalanması, region dövlətlərini hər an qlobal xarakter ala biləcək davamlı hərbi münaqişələrə daxil etmək məqsədi ilə yaradılmış iblis dövlətinə sarsıdıcı zərbə endirib”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, Suriyadakı terrorçuların məhv edilməsi prosesi yalnız Qərb ölkələrinin mövqeyinə görə yavaşıyıb.

Hələ də İdlibdə minlərlə terrorçu var və onlar sistematik olaraq Rusiya qoşunlarının yerləşdiyi Xmeymim aerodromunu və digər obyektləri atəşə tuturlar. Qərb ölkələrinin isə Suriyada çox sayda bazaları olsa da, onların hərbi kontingenti beynəlxalq terrorçuların yerləşdiyi bölgələrdəki vəziyyətə praktiki olaraq təsir etmir”, - deyə o hesab edir.

Terrorçuluğun istənilən yuvası dərhal məhv edilməlidir, əks halda, terrorçuların dünyanın istənilən nöqtəsindəki fəaliyyətinin nəticəsini əvvəlcədən demək qeyri-mümkün olacaq. İblis dövlətinin zülmünə məruz qalan milyonlarla suriyalıya heç bir mülayim və qeyri-mülayim terrorçu lazım deyil. Onlar sülh və həmrəylik daxilində yaşamaq istəyirlər. Bəzi Qərb ölkələri isə onları bu hüquqlarından məhrum etməyə çalışır”, - deyə bildirib.

Teqlər: kadırov ، ramazan ، çeçenistan
Ad:
E-poçt:
* Comment: