IQNA

9:11 - June 19, 2019
Xəbər sayı: 3485347
Məscidin minarəsinin hündürlüyü 137 metrdir. O, dünyanın ən hündür beton minarəsi kimi Ginnesin Rekordlar Kitabına daxili edilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "arabnyuz"a istinadən verdiyi xəbərə əsasən, hər il dünyanın hər bir yerindən onminlərlə müsəlman 201 günbəzli və ən hündür minarəli məscidi görməyə gəlir.

Qeyri-adi müsəlman ibadət ocağı Banqladeşdə Cinay çayının sahilində yerləşir.

Məscidin minarəsinin hündürlüyü 137 metrdir. O, dünyanın ən hündür beton minarəsi kimi Ginnesin Rekordlar Kitabına daxili edilib.

Məbəddə eyni anda 15 minə yaxın müsəlman yerləşə ibadət edə bilər. Onun inşası 2013-cü ildə başlayıb və 13 milyon dollara başa gəlib.

http://iqna.ir/fa/news/3819550

Ad:
E-poçt:
* Comment: