IQNA

22:46 - June 19, 2019
Xəbər sayı: 3485349
“Həqiqətən, bu, kərim bir Qurandır. (O,) örtülü bir yazıda (və hər bir dəyişiklikdən qorunmuş lövhədə)dir. Ona yalnız pak olanlar toxuna bilər! (Və yaxud onu yalnız pak olanlar dərk edə bilər.)”

Qurani-Kərimin “Tövbə” surəsinin 108-ci ayəsində Allah-Taalanın mənəvi paklığa sahib olan insanlara sevgi və məhəbbətindən söz açılır və belə buyurulur:

...لَّمَسْجِدٌ أُسِّسَ عَلَى التَّقْوَى مِنْ أَوَّلِ يَوْمٍ أَحَقُّ أَن تَقُومَ فِيهِ فِيهِ رِجَالٌ يُحِبُّونَ أَن يَتَطَهَّرُواْ وَاللّهُ يُحِبُّ الْمُطَّهِّرِينَ

…İlk gündən binası təqva üzərində qurulmuş məscid namaz qılmağına daha layiqdir. Orada paklanmağı sevən insanlar vardır. Allah pak olanları sevir!

“Əhzab” surəsinin 33-cü ayəsində isə Əhli-beyt imamlarının məsumluğu və mənəvi paklığından söz açılaraq buyurulur:

...إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Həqiqətən, Allah siz Əhli-beytdən bütün çirkinliyi məhv etmək və sizi pak-pakizə etmək istəyir!”

Üçüncü bir ayədə – “Vaqiə” surəsinin 77-79-cu ayələrində isə Qurani-Kərimlə təmasda olmağın şərtindən danışılır. O da cismani və mənəvi paklığa sahib olmaqdır. Həmin ayədə buyurulur:

إِنَّهُ لَقُرْآنٌ كَرِيمٌ. فِي كِتَابٍ مَّكْنُونٍ. لَّا يَمَسُّهُ إِلَّا الْمُطَهَّرُونَ

Həqiqətən, bu, kərim bir Qurandır. (O,) örtülü bir yazıda (və hər bir dəyişiklikdən qorunmuş lövhədə)dirOna yalnız pak olanlar toxuna bilər! (Və yaxud onu yalnız pak olanlar dərk edə bilər.)”

Bu ayələrdən belə anlaşılır ki, Qurani-Kərimin həqiqi təfsirçiləri məsum Əhli-beyt imamlarıdır. Amma mənəvi paklıq amillərinə gəldikdə isə, Qurani-Kərimdə 4 mühüm mənəvi paklıq amilindən söz açılır:

1. Vacib zəkatın ödənilməsi:

خُذْ مِنْ أَمْوَالِهِمْ صَدَقَةً تُطَهِّرُهُمْ وَتُزَكِّيهِم بِهَا

(Ya Rəsulum!) Onların mallarından sədəqə (zəkat) al. Bununla onları (günahlarından) təmizləmiş, pak etmiş olarsan… (“Tövbə”/103.)

2. Tövbə etmək:

إِنَّ اللّهَ يُحِبُّ التَّوَّابِينَ وَيُحِبُّ الْمُتَطَهِّرِينَ

Allah tövbə edənləri və pak olanları sevir! (“Bəqərə”/222.)

3. İffətli olmaq (başqalarının namusunun hörmətini saxlamaq):

...وَإِذَا سَأَلْتُمُوهُنَّ مَتَاعًا فَاسْأَلُوهُنَّ مِن وَرَاء حِجَابٍ ذَلِكُمْ أَطْهَرُ لِقُلُوبِكُمْ وَقُلُوبِهِنَّ...

...Onlardan (Peyğəmbərin zövcələrindən) bir şey soruşduqda, pərdə arxasından soruşun (evlərinə daxil olmayın). Bu həm sizin, həm də onların ürəklərinə daha çox təmizlik bəxş edər...”(“Əhzab”/53.)

4. Qüsl, dəstəmaz və təyəmmüm:

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ إِذَا قُمْتُمْ إِلَى الصَّلاةِ فاغْسِلُواْ وُجُوهَكُمْ وَأَيْدِيَكُمْ إِلَى الْمَرَافِقِ وَامْسَحُواْ بِرُؤُوسِكُمْ وَأَرْجُلَكُمْ إِلَى الْكَعْبَينِ وَإِن كُنتُمْ جُنُبًا فَاطَّهَّرُواْ وَإِن كُنتُم مَّرْضَى أَوْ عَلَى سَفَرٍ أَوْ جَاء أَحَدٌ مَّنكُم مِّنَ الْغَائِطِ أَوْ لاَمَسْتُمُ النِّسَاء فَلَمْ تَجِدُواْ مَاء فَتَيَمَّمُواْ صَعِيدًا طَيِّبًا فَامْسَحُواْ بِوُجُوهِكُمْ وَأَيْدِيكُم مِّنْهُ مَا يُرِيدُ اللّهُ لِيَجْعَلَ عَلَيْكُم مِّنْ حَرَجٍ وَلَـكِن يُرِيدُ لِيُطَهَّرَكُمْ وَلِيُتِمَّ نِعْمَتَهُ عَلَيْكُمْ لَعَلَّكُمْ تَشْكُرُونَ

Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərlə birlikdə əllərinizi yuyun. Başınıza və hər iki bəndə (oynağa) qədər ayaqlarınıza məsh çəkin. Əgər cənabətli olmusunuzsa, qüsl edin. Xəstələndiyiniz, səfərdə olduğunuz, ayaq yolundan gəldiyiniz və ya qadınlarla yaxınlıq etdiyiniz zaman su tapmasanız, pak torpaqla təyəmmüm edin, ondan üzünüzə və əllərinizə sürtün. Allah sizi çətinliyə salmaq istəmir, lakin O, sizi pak etmək və sizə olan nemətini tamamlamaq istəyir ki, şükür edəsiniz!” (“Maidə”/6.)

Maide.az – Maarif bölümü

Teqlər: iqna ، Quran ، mənəvi paklıq
Ad:
E-poçt:
* Comment: