IQNA

İran Hindistanda "Quran həftəsi" keçirir

18:06 - June 22, 2019
Xəbər sayı: 3485366
İran İslam Respublikasının İslami İrşad və Mədəniyyət Nazirliyinin "Quran və İtrət müavinliyi"nin təşəbbüsü ilə ilk dəfə Hindistanda "İranın Quran Həftəsi" keçirilir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının İslami İrşad və Mədəniyyət Nazirliyinin "Quran və İtrət müavinliyi"nin təşəbbüsü ilə ilk dəfə Hindistanda "İranın Quran Həftəsi" keçirilir.

"İranın Quran həftəsi" mərasimi bu gün (Şənbə, 22 İyun 2019) Hindistanın Heydərabad şəhərində öz işinə başlayıb.

Quran həftəsinin açılış mərasimində İran İslam Respublikasının İslami İrşad və Mədəniyyət Nazirliyinin "Quran və İtrət iradəsi"nin rəsisi Əbdülhadi Fəqəhizadə və "Quran və İtrət" idarəsinin beynəlxalq işlər üzrə müşarivi və Tehran universitetinin professoru Məhmud Vaizi iştirak ediblər.

Quran həftəsi öz işini Heydərabad şəhərinin "Salarcəng" muzeyində "İran və Hindistan təfsirçiləri" seminarı ilə başlayıb. Seminar İran İslam Respublikasının Heydərabaddakı konsulluğu və İslami Təbliğat və Əlaqələr Təşkilatının təşəbbüsü və Yeni Dehli "Vilayət Fondu"nun həmkarlığı ilə keçirilir.

Hindistanın Quran həftəsi çərçivəsində Quranla üns məclisləri, İranın Quran məhsullarının və Quranın əlyazma nüsxələrinin sərgisi və təfsir alimlərinin konfransı təşkil ediləcəkdir.  

http://iqna.ir/fa/news/3821252

captcha