IQNA

11:12 - June 24, 2019
Xəbər sayı: 3485374
Livanın Seyda şəhərində toplantı keçirən müsəlman alimləri Amerikanın "əsrin müqaviləsi" adlı məkirli planına dəstək olmağı və qondarma İsrail rejimi ilə əlaqələrin adiləşdirilməsini haram elan ediblər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  Livan və Fələstin ruhaniləri və din alimlərindən 100 nəfəri bəyaniyyə yayaraq "əsrin müqaviləsi"ni boykot etdilər.

Livanın Seyda şəhərində toplantı keçirən müsəlman alimləri Amerikanın "əsrin müqaviləsi" adlı məkirli planına dəstək olmağı və qondarma İsrail rejimi ilə əlaqələrin adiləşdirilməsini haram elan ediblər.

Dünən, həftənin Bazar günü, 23 İyun 2016-cı il, Livanın cənubunda yerləşən Seyda şəhərində Fələstinin "Fələstin Alimlər Birliyi"nin təşəbbüsü ilə keçirilən "Alimlərin Böyük Toplanışı" adlı bu toplantıda onlarla Fələstinli və Livanlı alimlər İslam ümmətini dünya müsəlmanlarının problemləri qarşısında, müsəlmanları, xüsusi ilə də Fələstinliləri müdaifə etməkdə öz vəzifələrini ifa etməyə dəvət ediblər.

Livanda "Əsrin nəhs müqaviləsinə, yox!; Mənamə konfransına, yox! İsaril ilə əlaqələrin sadələşdirilməsinə, yox!" devizi ilə keçirilən konfransda iştirak edən müsəlman alimləri Amerikanı region millətlərinin əsas düşməni elan ediblər.

Müsəlman Alimləri Birliyi bildirib ki, Fələstin məsələsinin həlli qaçqınların işğal altında olan evlərinə və torpaqlarına qayıtması ilə mümkündür.

Alimlər elan ediblər ki, müsəlmanların böhrandan yeganə çıxış yolu müqavimət meydanından geri çəkilməməkdir və "müqəddəs haqqı" (Qüdsün və Fələstinin müsəlmanlar olması) qorumaq hamıya vacibdir, habelə bu işdə geriyə addım atmaq cazi deyil.

Bəyaniyyədə vurğulanır ki, Fələstin ərəblərin və müsəlmanların diyarıdır, İslam torpağıdır. Bu diyarın İslami kimliyi heç bir şəraitdə və heç bir şərtlə dəyişməyəcəkdir. Bu məsələdə hər hansı bir zəiflik, geriyə çəkilmək və sionist düşmənə bir zərrə torpaq vermək şəri baxımdan haramdır.

http://iqna.ir/fa/news/3821884/

Ad:
E-poçt:
* Comment: