IQNA

18:38 - June 24, 2019
Xəbər sayı: 3485378
Mömin qardaşının hacətini yerinə yetirmək üçün qədəm götürən insan SəfavəMərvə arasında səy etmiş kimidir. Din qardaşının ehtiyacını ödəyən kəs sanki Allah yolunda Bədr və Ühüd döyüşündə cihad edib.

İmam Sadiq (ə) Abdullah ibn Cündəbə nəsihətində buyurur:

يَا ابْنَ جُنْدَبٍ، الْمَاشِي فِي حَاجَةِ أَخِيهِ كَالسَّاعِي بَيْنَ الصَّفَا وَ الْمَرْوَةِ ، وَ قَاضِي حَاجَتِهِ كَالْمُتَشَحِّطِ بِدَمِهِ فِي سَبِيلِ اللَّهِ يَوْمَ بَدْرٍ وَ أُحُدٍ

«Ey Cündəbin oğlu! 

Mömin qardaşının hacətini yerinə yetirmək üçün qədəm götürən insan Səfa Mərvə arasında səy (həcc əməllərindən birietmiş kimidirŞəxsən din qardaşının ehtiyacınıödəyən kəs Allah yolunda Bədr  Ühüd döyüşündə cihad edib qanına boyanan şəxs kimidir.»

Bu mövzu ilə başqa rəvayətlərdə də rastlaşırıq. Bu rəvayətlərdə zahirən kiçik əməllərə görə çox böyük savablar vəd olunur. Bəzli, zahirən əhəmiyyətsiz görünən bəzi ibadətlər böyük savaba malik ola bilər. Savab kəmiyyətdən yox, səbəbdən, niyyətdən, ixlasdan, səmimiyyətdən daha çox asılıdır. Məsələn, din qardaşına xidmət elə şəkildə ola bilər ki, bu işi görən şəhidin savabını əldə edər. Yəni niyyət və səmimiyyətdən çox şey asılıdır. Milyonçu şəxs bir ehtiyaclıya yüz manat verməklə, çətin ki, şəhadət savabını qazana bilsin. Amma özü və ailəsi ehtiyaclı ikən din qardaşına yardım edən həmin savaba nail ola bilər.

Din tələbələri arasında bəzilərinə əfsanə görünə biləcək bir qayda var. Ehtiyac içində yaşayan tələbə öz din qardaşının müşkülünü aradan qaldırmaq üçün tərəddüd etmədən təqaüdündən keçir. Əlbəttə ki, gecəni ac qalmaq hesabına möminin ehtiyacını ödəməyin dəyəri böyükdür.

İslam dinində ehtiyaclı olduğun şeyi başqasına vermək «isar» (fədakarlıq) adlanır. İsar olduqca böyük bir savaba malik əməldir. «Həşr» surəsinin 9-cu ayəsində oxuyuruq:

وَالَّذِينَ تَبَوَّؤُوا الدَّارَ وَالْإِيمَانَ مِن قَبْلِهِمْ يُحِبُّونَ مَنْ هَاجَرَ إِلَيْهِمْ وَلَا يَجِدُونَ فِي صُدُورِهِمْ حَاجَةً مِّمَّا أُوتُوا وَيُؤْثِرُونَ عَلَى أَنفُسِهِمْ وَلَوْ كَانَ بِهِمْ خَصَاصَةٌ وَمَن يُوقَ شُحَّ نَفْسِهِ فَأُوْلَئِكَ هُمُ الْمُفْلِحُونَ

«Mühacirlərdən əvvəl (Mədinədə) yurd salmış  iman gətirmiş kimsələr (ənsar) öz yanlarınamühacirət edənləri sevəronlara qənimət verildiyinə görə qəlblərində həsəd duymazözləri ehtiyac içində olduqları halda onları özlərindən üstün tutarlar.»

Ehtiyaclı olduğunu başqasına vermək fədakarlıq tələb edir. Möminin istəyini yerinə yetirmək isə fədakarlıqsız ötüşmür. Bu fədakarlıqları dəqiq qiymətləndirmək mümkün olsaydı, məlum olardı ki, möminin istəyini xalis niyyətlə yerinə yetirənlərə nə üçün şəhid savabı verilir:

مَّثَلُ الَّذِينَ يُنفِقُونَ أَمْوَالَهُمْ فِي سَبِيلِ اللّهِ كَمَثَلِ حَبَّةٍ أَنبَتَتْ سَبْعَ سَنَابِلَ فِي كُلِّ سُنبُلَةٍ مِّئَةُ حَبَّةٍ وَاللّهُ يُضَاعِفُ لِمَن يَشَا...

«Mallarını Allah yolunda xərc edənlərin halı yeddi sünbül verən bir toxuma bənzəyir kibusünbüllərin hər birində yüz ədəd dən varAllah istədiyi şəxs üçün bunu qat-qat artırır...» («Bəqərə» surəsi, ayə 261.)

İmam Sadiq (ə) buyurur:

وَ مَا عَذَّبَ اللَّهُ أُمَّةً إِلَّا عِنْدَ اسْتِهَانَتِهِمْ بِحُقُوقِ فُقَرَاءِ إِخْوَانِهِمْ

«Qədim qövmlərdən bir çoxu ilahi əzaba düçar oldularAmma fəqirlərin haqqına riayət etsəydilər,bu əzabdan amanda qalardılar.» («Mustədrəkul-vəsail», 9-cu cild, səh.50.)

Cəmiyyətdə imkanlı şəxslər fəqirlərin ehtiyacını ödəməlidirlər. Bu haqqı ödəməməklə günaha batanlar əzaba düçar olur. Firon insanları özünə səcdəyə vadar edən zalım bir padşah idi. Amma bir çox fəqirlər onun süfrəsindən faydalandığı üçün Allah Fironun cəzasını təxirə salır. Demək, mömin qardaşının hüququna riayət etməyənləri dünya və axirət əzabı gözləyir. Əgər cəmiyyətdə fəqirlərin hüququna riayət olunmazsa, bu cəmiyyəti təbii-ictimai fəlakətlər gözləyir. Öz xoşbəxtliyini başqalarının bədbəxtliyi üzərində quran istismarçı sərmayədarların cəzası yalnız cəhənnəm əzabıdır. İmam Sadiq (ə) Abdullah ibn Cündəbə buyurur:

يَا ابْنَ جُندب بَلِّغْ مَعاشِرَ شيعَتِنا و قُل لَهُم لا تَذهَبَنَّ بِكُمُ المَذاهِبُ فَواللّهِ لا تُنالُ وِلايَتُنا اِلّا بِالوَرَعِ وَ الاِجتِهاد فى الدّنيا وَ مُواساةِ الاِخْوان فِى اللّه وَ لَيسَ مِن شيعتِنا مَنْ يَظْلِمُ النّاسَ

«Bütün şiələrə çatdır və de kiməqsədsiz vurnuxub yolu itirməsinlərAnd olsun Allaha, günahdançəkinmədən (təqvalı olmadan), vəzifələrə ciddi əməl etmədən və mömin qardaşının ehtiyacınıaradan qaldırmadan bizim vilayətə yetişmək olmaz. İnsanlara zalm və haqsızlıq edən bizim şiələrdən deyildir.» (“Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri”, Ayətullah Misbah Yəzdi, 14-cü dərs, səh.156-160.)

Maide.Az

Teqlər: iqna ، imam sadiq ، hədis ، sünnə ، sünnət ، itrət
Ad:
E-poçt:
* Comment: