IQNA

9:11 - June 25, 2019
Xəbər sayı: 3485383
Amerikanın "islamofob" və "sionist" prezidenti Donald Tramp yeni sayaqlamasında ABŞ-ın çox bahalı və son model PUA-sını vurduğu üçün İran İslam Respublikası əleyhinə yeni sanksiyalar qoyacağını elan edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Amerikanın "islamofob" və "sionist" prezidenti Donald Tramp yeni sayaqlamasında İran İslam Respublikası əleyhinə yeni sanksiyalar qoyacağını elan edib.

Bu barədə "sputniknews.com" informasiya portalı məlumat yayıb. Məlumata əsasən, Amerika prezidenti dünən, həftənin birinci günü, elan edib ki, İran İslam Respublikası əleyhinə yeni sanksiyaların icra edilməsi barədə fərman imzalayacaq.

O deyib: İranla savaşmaq və müharibə etmək məqsədim yoxdur. Əslində İranla razılaşma əldə etmək istəyirəm.

Tramp əlavə olaraq qışqırıb ki, yeni sanksiyaları İran İslam Respublikasının hərbi dəniz qüvvələrinin keçən həftə ABŞ-ın pilotsuz təyyarəsini vurmasına cavab olaraq tətbiq edəcək.     

http://iqna.ir/fa/news/3822105

Teqlər: ABŞ ، Tramp ، PUA ، sanksiya
Ad:
E-poçt:
* Comment: