IQNA

9:24 - June 25, 2019
Xəbər sayı: 3485384
İran Texnologiya və Rabitə naziri Azeri Cehromi özünün tvitter hesabından verdiyi açıqlamaya görə, kiber hücumlar qarşısında güclü müdaxiə proqramı olduğunu bildirib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İranın Texnologiya və Rabitə naziri bir ildə 33 milyon kiber hücumun qarşısını aldıqlarını açıqlayıb.

İran Texnologiya və Rabitə naziri Azəri Cəhruminin özünün tvitter hesabından verdiyi açıqlamaya görə, kiber hücumlar qarşısında güclü müdafiə proqramı olduğunu bildirib.

"KİV-lər İrana kiber hücumların edilib edilmədiyilə bağlı sual verirlər. Uzun illərdir ki, Stuxnet kimi kiber terrorizm və tək tərəfli olan hücumlarla qarşı-qarşıyayıq", -deyə iranlı nazir əlavə edib.

Azeri Cəhrumi sözlərinin davamında deyib: "İrana qarşı bir hücum deyil, son bir ildə 33 milyon kiber hücumunu milli müdafiə qalxanı "Dejfa" ilə təsirsiz etdik. Çox sayda hücuma baxmayaraq müvəffəq ola bilmədilər."

Qeyd edək ki, ABŞ-ın Washington Post qəzeti çərşənbə axşamı ABŞ tərəfindən İrana kiber hücum həyata keçirildiyini qeyd etmişdi.

Teqlər: iran ، iqna ، kiber hücum ، Dejfa ، stuxent
Ad:
E-poçt:
* Comment: