IQNA

İspaniyada məscidə silahlı hücum edildi

9:41 - June 25, 2019
Xəbər sayı: 3485385
İslamofoblar ötən gün 24 İyun 2019-cu il), səhər çağlarında İspaniyanın "Ceuta" şəhərində yerləşən "Mövləl-Mehdi" məscidinə silahlı hücum ediblər. Hücum zamanı insan tələfatı olmayıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "euronews" informasiya portalına istinadla verdiyi xəbərə görə, İspaniyanın "Ceuta" şəhərində müsəlmanların məscidinə naməlum şəxslər tərəfindən silahlı basqın edilib.

İspnaiyanın xəbər qaynaqlarının yaydığı məlumata əsasən, İslamofoblar ötən gün (həftənin birinci günü, 24 İyun 2019-cu il), səhər çağlarında İspaniyanın "Ceuta" şəhərində yerləşən "Mövləl-Mehdi" məscidinə silahlı hücum ediblər.

Silahlı quldurların hücumu zamanı insan tələfatı olmayıb. İspaniya polisi bu cinayətlə əlaqədar istintaq qrupu yaradıb və cinayətkarları tapmaq üçün çalışır.

İspan polisinin sözçüsü bildirib ki, məscidin divarlarında üç güllə izi qeydə alınıb.

Qeyd edək ki, İspaniyanın "Mövləl-Mehdi" məscidi bu ölkənin ən məşhur İslami simvollarından biridir.

http://iqna.ir/fa/news/3822097

captcha