IQNA

10:49 - June 25, 2019
Xəbər sayı: 3485387
Yeni Zelandiyanın paytaxtı Vellinqton şəhərinin Mərkəzi Kitabxanasının qiymətli, nadir və aztapılan kitab nüsxələri kolleksiyası ölkənin "Milli Sənədlər Mərkəzi"nin arxivinə köçürüləcək.  

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Yeni Zelandiyanın paytaxtı Vellinqton şəhərinin Mərkəzi Kitabxanasının qiymətli, nadir və aztapılan kitab nüsxələri kolleksiyası ölkənin "Milli Sənədlər Mərkəzi"nin arxivinə köçürüləcək.  

Bu aztapılan və nadir kitab nüsxələrinin arasında Qurani-Kərimin də ən qədim İngiliscə tərcüməsi hesab edilən nadir nüsxəsi vardır.

Bu tərcümə Ərəb dilindən birbaşa İngilis dilinə tərcümə edilən ən qədim Quran nüsxəsidir. Tərcüməni İngiltərəli vəkil və şərqşünas George Sale etmişdir. Həmin tərcümə 1734-cü ildə "Məhəmmədin Quranı" adı ilə 470 səhifədə çap və nəşr edilmişdir. Mütərcim kitabın haşiyəsində İslam peyğəmbərinin həyatı barədə qeydlər yazmış və habelə İslam barədə izahlar vermişdir.   

Yeni Zelandiyanın paytaxtı Vellinqton şəhərinin Mərkəzi Kitabxanasının qiymətli, nadir və aztapılan kitab nüsxələri kolleksiyasında 1200 nüsxə qədim kitab vardır.

Bu nüsxələr Mərkəzi Kitabxananın binasının təhlükəsizlik baxımından münasib yerdə olmaması, o cümlədən yanğın, zəlzələ və sel qarşısında davam gətirə bilməyəcəyini nəzərə alaraq yeni məkana köçürülür.

Bu kolleksiyanın köçürülməsi işi dünən, həftənin birinci günü, 24 İyun 2019-cu il başa çatıb. Hazırda kitabların katoloqu hazırlanır.

http://iqna.ir/fa/news/3821613

Ad:
E-poçt:
* Comment: