IQNA

15:27 - June 26, 2019
Xəbər sayı: 3485392
Əlcəzayirin "əl-Məsa" qəzetinin informasiya portalının yazdığına əsasən, "qızlar üçün Quran gəzintisi" proqramı bu ölkədə ikinci dəfədir ki, həyata keçirilir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, cari ilin İyul-Avqust aylarında Əlcəzayirin Büveyrə əyalətində qızlar üçün Quran yolçuluğu və düşərgə gəzintisi proqramı icra ediləcək.

Əlcəzayirin "əl-Məsa" qəzetinin informasiya portalının yazdığına əsasən, "qızlar üçün Quran gəzintisi" proqramı bu ölkədə ikinci dəfədir ki, həyata keçirilir.

Bu proqram Əlcəzayirin Milli Humanitar Həmkarlıq Təşkilatının ofisinin təşəbbüsü ilə Büveyrə əyalətində icra ediləcək. Proqram çərçivəsində 120 qız Quran gəzintisinə çıxacaq.

Quran gəzintisi proqramında iştirak edən qızlara Quran hifzi və təcvid qaydaları müxtəlif kurslar çərçivəsində öyrədiləcəkdir.

Bu kurslarda iştirak edənlərə Quran hifzi müəllimləri və bir qrup psixolog nəzarət edəcək.  

Əlcəzayirin Milli Humanitar Həmkarlıq Təşkilatının baş ofisi bu barədə elan yayaraq sosial şəbəkələr vasitəsilə cavanları Quran gəzintisi proqramında iştirak etməyə dəvət edib. Bu proqramda iştirak etmək istəyənlər ofisin sosial şəbəkə səhifələri vasitəsi ilə qeydiyyatdan keçə bilərlər.   

 http://iqna.ir/fa/news/3822498

Ad:
E-poçt:
* Comment: