IQNA

İraqda "Müqəddəs Müdafiə Fətvaları" ensiklopediyasının təqdimatı keçirildi

19:43 - June 28, 2019
Xəbər sayı: 3485403
İraqın müqəddəs Kərbəla şəhərində, Həzrət Abbasın (ə) hərəminin təşəbbüsü ilə 54 cilddə çap və nəşr edilmiş "Müqəddəs Müdafiə Fətvaları" ensiklopediyasının təqdimatı keçirildi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın müqəddəs Kərbəla şəhərində 54 cilddə çap və nəşr edilmiş "Müqəddəs Müdafiə Fətvaları" ensiklopediyasının təqdimatı keçirildi.

Bu əsər öz mövzusunda ilk və ən böyük ensiklopediyadır. Ensiklopediya Həzrət Abbasın (ə) hərəminin təşəbbüsü ilə çap və nəşr edilib.  

Əsərdə İraq xalqının, müqəddəs hərəmlərin müdafiəçilərinin və digər xalqlardan olan mübariz mücahidlərin dini mərcəiyyətin fətvasına "ləbbeyk" deyərək İŞİD terrorçuları qarşısında göstərdiyi əfsanəvi qəhrəmanlığı sənədləşdirilmişdir.

Əsərin təqdimat mərasimi "Müqəddəs Müdafiə Fətvaları" festivalı çərçivəsində keçirilib. Bu festival dünən, həftənin Cüməaxşamı günü (27 İyun 2019) Kərbəla şəhərində, Həzrət Abbasın (ə) hərəminin "İmam Həsən Müctəba (ə)" zalında "Siz bizim iftixarımız, izzətimiz və digər ümmətlərə üstünlük səbəbimizsiz" devizi ilə başlayıb.

Festivalda Həzrət Ayətullah Üzma Seyyid Əli Sistaninin vaxtında verilmiş rəşadətli "cihad fətvası" barədə danışan iki sənədli film də ekran edilib: "Qara tufanı saxlayan böyük insan" və "İraq qəhrəmanların tarixi".  

Qeyd edək ki, 2014-cü ilin İyun ayının 13-də (10 Şəban 1435) şiələrin təqlid mərcəsi Həzrət Ayətullah Üzma Seyid Əli Sistani İŞİD terrorçularına qarşı CİHAD fətvası verərək İraqın böyük bir hissəsini işğal etmiş terrorçularının məğlubiyyətinə təkan verdi.  

http://iqna.ir/fa/news/3822924

captcha