IQNA

İsveçdə Qurani-Kərimə hörmətsizlik etdilər

9:25 - July 01, 2019
Xəbər sayı: 3485425
Namazxanaya hücum edən radikallar məscidin xalçalarının üzərinə və kitab rəflərinə haram içkilər töküblər. Onlar kitab rəflərindəki Quran nüsxələrini götürərək yerə atıblar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, radikal irqçilər İsveçin qərbində yerləşən Guntenberg şəhərinin Molndal Hospital xəstəxanasının namazxanasına hücum ediblər.

Namazxanaya hücum edən radikallar məscidin xalçalarının üzərinə və kitab rəflərinə haram içkilər töküblər. Onlar kitab rəflərindəki Quran nüsxələrini götürərək yerə atıblar.

Xəstəxananın məsulları bu hadisəni məhkum ediblər və hücumun müsəlmanların haqlı naratçılığına səbəb olacağını deyiblər.

İsveç polisi hadisə barədə araşdırma başlayıb. Bunun üçün xəstəxananın təhlükəsizlik kameralarının görüntülərini yoxlayırlar.

Qeyd edək ki, İslam dini xristianlıqdan sonra İsveçdə ikinci dindir. İsveçin 9 milyonluq cəmiyyətinin 500 min nəfəri müsəlmandır.       

http://iqna.ir/fa/news/3823125/

captcha