IQNA

İslamşünaslıq universitetinə qəbul olmaq istəyənlər çoxalıb

10:38 - July 03, 2019
Xəbər sayı: 3485441
Universitetin 16-cı məzunluq mərasimində çıxışan edən Övlan Usubov (universitetin müəllimi) İslamşünaslıq universitetinə qəbul olmaq üçün sənəd verənlərin sayının çoxaldığını xəbər verib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, keçən həftə Qırğızıstanın paytaxtı Bişkekdə Ömər ibn Xəttab adına İslamşünaslıq universitetinin məzunluq mərasimi keçirilib.  

Mərasimdə bu il məzun olan 84 tələbə iştirak edib. Mərasimdə çıxışan edən Övlan Usubov (universitetin müəllimi) İslamşünaslıq universitetinə qəbul olmaq üçün sənəd verənlərin sayının çoxaldığını xəbər verib.

Usubov deyib: Hər il İslamşünaslıq universisetinə qəbul olmaq istəyənlərin sayı çoxalır. Bu elmi mərkəzə sənəd verənlər arasında xanımlar çoxluq təşkil edir. Bu il də universitetinin 16-cı məzunları arasında xanımlar çoxdur. Məzunların 52 nəfəri xanım və 34 nəfəri kişidir.

Qırğızıstanın İslamşünaslıq universiteti 1991-ci ildə dini mədrəsə olaraq təsis edilib, 2003-cü ildə isə universitet statusu alıb. 2017-ci ildən ölkənin təhsil nazirliyindən rəsmi lisenziya alaraq məzunlara dövlət diplomu verməyə başlayıb. Universiten rəisi Misrin əl-Əzhər İslam Akademiyasının məzunu və Qırğızıstanın sabiq müftisi Əbdüşşəkur Haci Narmatovdur.

İslamşünaslıq universitetində İlahiyyat, Ərəb dili və Ədəbiyyatı və Dinşünaslıq fakültələri fəaliyyət göstərir. Bu fakültələrdə təhsil müddəti dörd ildir.     

http://iqna.ir/fa/news/3823281

captcha