IQNA

Erində ilk məscid istifadəyə verilib

12:57 - July 03, 2019
Xəbər sayı: 3485446
Kanadanın ucqa şəhər və qəsəbələrində məscid tikilməsi bu regionda müsəlmanların çoxalması, dini təlim mərkəzləri və ibadət ocaqlarına ehtiyacın artmasının göstəricisi hesab edilir.  

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Kanadanın Vellinqton qraflığının Erin qəsəbəsində ilk dəfə məscid təsis edilərək müsəlmanların istifadəsinə verilib.

Kanadanın ucqa şəhər və qəsəbələrində məscid tikilməsi bu regionda müsəlmanların çoxalması, dini təlim mərkəzləri və ibadət ocaqlarına ehtiyacın artmasının göstəricisi hesab edilir.  

Yeni məscid "Darul-Qəmər" məscidi adlanır və Erin qəsəbəsində yerləşən qədim bir kilsənin yerində tikilib.

Məscidin inşasının məsulu Kaşif Əli qədim kilsənin yerini almış və onu məscidə çevirmişdir.

Kaşif Əli məscidi anasının (Qəmər xanım) xatirəsinə "Qəmər" adlandırmışdır.

Kaşif Əli öz açıqlamsına deyib ki, məsciddə həm ibadət ediləcək, həm də uşaqlara və böyüklərə Quran dərsləri və İslam maarifi öyrədiləcək.

O əlavə edib: Gələcəkdə qeyri-müsəlmanları da məscidə dəvət edəcəyik ki, müsəlmanların dini fəaliyyətləri ilə yaxından tanış olsunlar və onları maraqlandıran suallara cavab alsınlar.  

http://iqna.ir/fa/news/3824099/

Teqlər: kanada ، məscid ، erin ، qraflıq
captcha