IQNA

İƏT Şri-Lanka müsəlmanlarına qarşı nifrətin yayılmasından nigarançılıq edib

10:51 - July 06, 2019
Xəbər sayı: 3485453
İslam Əməkdaşlıq Təşkilatı Şri-Lanka müsəlmanlarına qarşı nifrətin yayılmasının artmasından nigarançılıq edib və onların təhlükəsizliklərinin təmin edilməsini istəyibdir.

IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatı dünən gecə bir bəyanatda Şri-Lanka başçılarından istəyibdir ki, din və irq səbəbindən şəxslərin kənara qoulmasının qarşısını almaq kimi tədbirlər görərək, bu ölkədə davamlı sülhün bərqərarına kömək etsinlər.

Şri-Lankada Kolombo və Neqombo şəhərləri aprelin 21-də kilsələrə və bir otelə qarşı bir neçə terror hücumuna məruz qaldılar. Nəticədə 257 nəfər həlak oldu, 500 nəfərdən çox insan da yaralandı. İŞİD terror qrupu bu partlayışların məsuliyyətini öz üzərinə götürübdür.

Şri-Lankanın 21 milyon nəfərlik əhalisi müxtəlif qəbilələr və dinlərdən ibarətdir. Buddistlər Şri-Lanka əhalisinin dörddə üç hissəsini təşkil  edirlər.

Əksərən Tamil dilli azlıqdan olan bu ölkə müsəlmanları Şri-Lanka əhalisinin təqribən doqquz faizini təşkil  edirlər.

Teqlər: iət ، şri-lanka ، müsəlman ، iqna ، quran
captcha