IQNA

İsrail qüvvələri Qəzzada 40 fələstinlini yaraladı

14:58 - July 06, 2019
Xəbər sayı: 3485454
Qəzza zolağı sərhədində keçirilən "Böyük Qayıdış Yürüşü" mitinqlərinə işğalçı İsrail rejim qüvvələri həqiq güllələrlə hücum edib.
IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Maide.Az-a istinadla xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyinin verdiyi açıqlamada  bildirilir ki, işğalçı rejimin hücumu nəticəsində  40  fələstinli yaralanıb.  Onlardan 22-si  həqiqi güllə ilə vurulub. 

Məlumata görə, sionist rejim qüvvələri həmçinin 2 fələstinlini həbs edib. 

Qəzza əhalisi 30 mart 2018-ci ildən bu yana "Böyük Qayıdış Yürüşü" fəaliyyətləri çərçivəsində Qəzza zolağı sərhədində aksiyalarını davam etdirir.

Qəzza zolağının beş vilayətinin şərq bölgələrində sərhədə yaxın məntəqələrdə yaradılan dönüş düşərgələrində toplaşan fələstinlilər dinc bir şəkildə aksiya keçirir. İşğalçı qüvvələr də silahsız nümayişçilərin üzərinə atəş açmağa davam edir.

İşğalçı rejimin  ötən bir il ərzində  fələstinlilərin  mitinqlərinə  hücumu nəticəsində indiyədək  200-dən çox fələstinli şəhid olub. Onlarla  fələstinli isə yaralanıb. 
Teqlər: qəzza ، fələstin ، israil ، iqna ، quran
captcha