IQNA

21:49 - July 06, 2019
Xəbər sayı: 3485455
Yeni Zelandiyanın Kraystçerç şəhərində baş verən terror hadisəsindən sonra bu ölkənin məscidləri müasir təhlükəsizlik vasitələri ilə təchiz edilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Yeni Zelandiyanın Kraystçerç şəhərində baş verən terror hadisəsindən sonra bu ölkənin məscidləri müasir təhlükəsizlik vasitələri ilə təchiz edilib.

Yeni Zelandiyanın Kraystçerç şəhər məscidi və Palmerston şəhərinin Nurs məscidində törədilən və 51 nəfər müsəlmanın ölümü ilə nəticlənən terror hadisəsindən sonra ölkə məscidlərinin təhlükəsizlik sistemləri gücləndirilib.

Yeni Zelandiyanın 38 yaşlı hərbi qulluqçusu Əbdüllətif Smit müsəlmanların ibadət ocaqlarını qorumaq üçün yeni təhlükəsizlik sistemi yaradıb. Bu sistemdən digər məscidlər və İslam Mərkəzlərində də istifadə ediləcək.

Bundan sonra namaz vaxtlarında və xüsusi mərasimlərdə məscidə gələnlər giriş qapılarında dayanan məsul şəxslər tərəfindən yoxlanacaqlar. Bundan əlavə məscid klid kartı, sensorlu işıq və gizli kameralar tərəfindən təchiz edilib.    

http://iqna.ir/fa/news/3824681

Ad:
E-poçt:
* Comment: