IQNA

Nigeriya məktəbləridən birində hicab qadağası

23:36 - July 06, 2019
Xəbər sayı: 3485457
Nigeriyanın İbadan şəhərinin məktəblərindən birində müəllim və məktəb qaravulçusu müsəlman qızı məktəbin giriş qapısında hicabını çıxartmağa məcbur edirlər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, sosial şəbəkələrdə yayılan bir videoyada göstərilir ki, Nigeriyanın İbadan şəhərinin məktəblərindən birində müəllim və məktəb qaravulçusu müsəlman qızı məktəbin giriş qapısında hicabını çıxartmağa məcbur edirlər.

Bu videonun sosial şəbəkələrdə paylaşılması camaatın qəzəb və nifrətinə səbəb olub. Sosial məsələlər üzrə icmalçı Gimba Kakanda video barədə deyib: Bu məktəbin məsulları tərəfindən atılmış addım şüurlu və hədəfli şəkildə müsəlman qızlara qarşı ayrıseçkilikdir.

Qeyd edək ki, Nigeriyanın Apelyasiya məhkəməsinin 2016-cı ildə çıxardığı hökmə görə, Nigeriya qanunlarına əsasən hicab hər bir insanın qanuni haqqıdır. Bu barədə hökmə qane olmayanlar məktəblərin bu qanundan istisna edilməsini tələb ediblər. Onların fikrincə məktəb mədrəsə və məscid deyil və öz xüsisi geyim forması vardır.

http://iqna.ir/fa/news/3824879

Teqlər: iqna ، nigeriya ، hicab
captcha