IQNA

20:53 - July 07, 2019
Xəbər sayı: 3485464
"əl-Kövsər" televiziya kanalı "Liqaun Xass" (Xüsusi Görüş" proqramı çərçivəsində İranlı hacıları üçün Səudiyyə Ərəbistanında yaradılan süni problemlər və dövlətin bu barədə tədbirlərindən danışılıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, "əl-Kövsər" beynəlxalq peyk televiziyası kanalı "Liqaun Xass" (Xüsusi Görüş" proqramı çərçivəsində İranlı hacıları üçün Səudiyyə Ərəbistanında yaradılan süni problemlər və dövlətin bu barədə tədbirlərindən danışılıb.

Proqramda İslam İnqilabının rəhbəri və müsəlmanların ali dini lideri Həzrət Ayətullah Üzma Seyid Əli Hüseyni Xameneinin İran İslam Respublikasının Həcc və Ziyarət Təşkilatındakı nümayəndəsi Höccətul-İslam vəl-müslimin Seyyid Əbdülfəttah Nəvvab İranlı zəvvarların Həcc məsələləri və ziyarət şərtləri barədə açıqlama verib.

Höccətul-İslam vəl-müslimin Seyyid Əbdülfəttah Nəvvab bu buraxılışda "Vəliyyi Fəqihin Həcc mərasimindəki təbliğat komitəsi"nin siyasi, mədəni və ictimai fəaliyyətlərinə işarə edib, bu idarənin əsas hədəfinin müsəlmanlar arasında vəhdət ruhiyyəsinin yüksəldilməsi olduğunu vurğulayaraq deyib: İranlı zəvvarların təhlükəsizliyinin və hörmətinin qorunması barədə Səudiyyə dövlətindən iltizam almışıq. Həmçinin Həcc zamanı "müşriklərdən bəraət" ayinin iranlı zəvvarlar tərəfindən icra edilməsi razılaşdırılıb.  

http://iqna.ir/fa/news/3825142/

بررسی مسائل حجاج ایرانی در برنامه تلویزیونی «لقای خاص»/ آماده

Teqlər: kövsər ، həcc ، iran ، iqna
Ad:
E-poçt:
* Comment: