IQNA

Əsrin müqaviləsi və İsrail nə üçün yaradıldı?

21:22 - July 08, 2019
Xəbər sayı: 3485471
"Əsrin Müqaviləsi" layihəsinin müxtəlif cəhətləri, "əsrin müqaviləsinin icrasına mane olan amillər", Mənamə toplantısında Ərəb ölkələrinin həmkarlığı və İsrail rejiminin yaradılmasının səbəbləri araşdırılıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu gün, həftənin birinci günü, 8 İyul 2019-cu il, Fələstin cümhuriyyətinin Tehrandakı səlahiyyətli səfiri Səlah əz-Zəvavi İQNA-nın qonağı olub.

İQNA-nın təşəbbüsü ilə keçirilən bu görüşdə Amerikanın "Əsrin Müqaviləsi" layihəsinin müxtəlif cəhətləri, "əsrin müqaviləsinin icrasına mane olan amillər", Mənamə toplantısında Ərəb ölkələrinin həmkarlığı və İsrail rejiminin yaradılmasının səbəbləri və hədəfləri araşdırılıb.

"Əsrin Müqaviləsinin müxtəlif cəhətlərinin araşdırılması" adlı ilə keçirilən toplantıda Fələstin cümhuriyyətinin Tehrandakı səfiri Səlah əz-Zəvavi, İran İslam Respublikasının Xarici İşlər Nazirinin keçmiş müşaviri və İslami Məzhəblərin Yaxınlaşdırılması Təşkilatının beynəlxalq məsələlər üzrə müşaviri Hüseyn Şeyxul-İslami, İQNA-nın icraçı katibi, İran universitetlərinin Quran Təşkilatlarının rəisi Seyid Məhəmmədcavad Şüştəri və media fəalları iştirak ediblər.

Toplantı Amerika və sionistlərin birgə layihəsi olan "əsrin müqaviləsi" barədə açıqlama ilə başlayıb. Sonra isə Fələstin cümhuriyyətinin Tehrandakı səfiri Səlah əz-Zəvavi çıxış edərək deyib: Amerika və İsrailin müttəfiqliyi əvvəldən iki hədəfi güdüb: Birinci Fələstində İsrail rejiminin yaradılması planı ki, Fələstin xalqının müqaviməti və çox sayda şəhidlərin verilməsinə baxmayaraq icra edildi. İkincisi isə böyük İsrailin yaradılması layihəsi ki, bütün Fələstin, İordaniya, Suriya, Livan, İraq, Sina səhrasının yarısı və Ərəbistanın üçdən birini ehtiva edir. Bu layihə bu gün də təqib edilir.  

Səlah əz-Zəvavi əlavə edib: Əsrin Müqaviləsi layihəsi çərçivəsində sülhdən və razılaşmadan danışmaq xam xəyaldır və bizim üçün heç bir məna və dəyəri yoxdur. Fələstin xalqı bütün gücü ilə bu layihənin qarşısında dayanacaq və Fələstin İsrailin məhvinədək ayaqda qalacaqdır.

O deyib: Amerikanın "sülh" adı ilə çıxış etməsi əslində İsrailin maraqlarını qorumaq üçündür. Həmin rejim ki, ixtiyarında silah, iqtisad, media və digər imkanlar var və Amerika onun əsas himayədarıdır.

Fələstinin Tehrandakı səfiri vurğulayıb: Amerika və İsrail sülh layihəsindən bir halda dəm vurur ki, sionist rejimi işğal edilmiş ərazilərdə qəsəbə salmağa və Fələstin torpaqlarını yəhudiləşdirməyə davam edir və bu iş heç vaxt bir an belə dayanmayıb.

Zəvavi İmam Xomeyninin (r.ə) Qüds və Fələstinə olan dəstəyini yada salaraq dedi: İmam (r.ə) Fələstini İslamın bədəninin bir parçası bilirdi. O, bəsirətli və inqilabçı bir kişi idi. İran İslam İnqilabını uğurla həyata keçirdi və Fələstini himayə etmək üçün tam gücündən istifadə etdi.

Toplantının davamında İran İslam Respublikasının Xarici İşlər Nazirinin keçmiş müşaviri və İslami Məzhəblərin Yaxınlaşdırılması Təşkilatının beynəlxalq məsələlər üzrə müşaviri Hüseyn Şeyxul-İslami çıxış edərək İsrailin yaranma səbəblərini izah edərək deyib: Amerikanın Pensilvaniyasında ilk neft quyusu fəaliyyətə başlayandan sonra onlar bildilər ki, neft ilə dünyanı idarə etmək olar. Buna görə dünyanın ən çox neft çıxan ölkələrini hədəfə alaraq Nildən Fərata qədər böyük İsrail dövləti qurmaq sevdasına düşdülər.    

http://iqna.ir/fa/news/3825425

 

captcha