IQNA

13:02 - July 09, 2019
Xəbər sayı: 3485476
Bu gün, 9 İyul 2019-cu il, günün ikinci yarısında (16:00-dan 18:00-dək) Nigeriya şiələrinin dini lideri və İslam Hərəkatının rəhbəri Şeyx İbrahim Zəkzakiyə dəstək askiyası keçiriləcək.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "London İslami İnsan Hüquqları Komissiyası"nın informasiya portalına (ihrc) istinadla verdiyi xəbərə görə, bu gün, həftənin ikinci günü, 9 İyul 2019-cu il, günün ikinci yarısında (16:00-dan 18:00-dək) Nigeriya şiələrinin dini lideri və İslam Hərəkatının rəhbəri Şeyx İbrahim Zəkzakiyə dəstək askiyası keçiriləcək.

Nigeriya şiələrinin dini lideri və İslam Hərəkatının rəhbəri Şeyx İbrahim Zəkzakinin barəsində yayılan tibbi məlumatdan sonra dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən siyasi və insan haqları fəalları dəstək aksiyaları keçiriblər.

Bu gün də London İslami İnsan Haqları Komissiyasının təşəbbüsü ilə Nigeriya şiələrinin dini lideri və İslam Hərəkatının rəhbəri Şeyx İbrahim Zəkzakinin qanunsuz həbsinə etiraz olaraq aksiya keçirilir.

Nigeriya şiələrinin dini lideri və Nigeriya İslam Hərəkatının rəhbəri Şeyx İbrahim Zəkzaki 2015-ci ildə öz evində Nigeriya silahlı qüvvələrinin hücumuna məruz qalıb. Bu hücumda özü və xanımı həbs edilib, tərəfdarları qətliam olunublar. Hazırda dörd ildir ki, qanunsuz olaraq həbsdə saxlanılır. Nigeriya ali məhkəməsi onun barəsində bəraət hökmü çıxarsa da dövlət buna əhəmiyyət vermir.    

http://iqna.ir/fa/news/3825674

Ad:
E-poçt:
* Comment: