IQNA

13:29 - July 09, 2019
Xəbər sayı: 3485477
İslami maliyyə proqram təminatını hazırlayan bir qrup müsəlman proqramistə İslam dünyasında 2019-cu ilin dünyanın ən yaxşı maliyyə proqram təminatı mükafatı verildi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "zawya" informasiya portalına istinadla verdiyi xəbərə görə, İslami maliyyə proqram təminatını hazırlayan bir qrup müsəlman proqramistə İslam dünyasında 2019-cu ilin dünyanın ən yaxşı maliyyə proqram təminatı mükafatı verildi.

İslam ölkələri arasında dünyanın ən yaxşı "İslami Maliyyə Proqramı Təminatı Mükafatı" (Asset Triple A Islamic Finance Awards 2019) adına Küveytli proqramist və beş il ardıcıl olaraq bu mükafatı əldə etmiş proqram təminatı şirkətinin rəisi Məhəmməd Xətibin dizyan etdiyi "Path Solutions" proqram təminatı qazanıb.  

Bu proqram təminatı İslami maliyyə xidmətləri sənətinə bir yenilik gətirdiyi üçün cari ilin mükafatını əldə edib.

Qeyd edək ki, "Asset Triple A Islamic Finance Awards" ildə bir dəfə "Asset" nəşriyyatı tərəfindən İslami maliyyə xidmətləri sənətində mühüm yenilik əldə etmiş proqram təminatı şirkətlərinə verilir.

http://iqna.ir/fa/news/3825506

Ad:
E-poçt:
* Comment: