IQNA

12:15 - July 10, 2019
Xəbər sayı: 3485480
Air India's elan edib ki, bu il Həcdən qayıdarkən böyük su qablarında Zəmzəm sularının kiçik və bir dəhlizli təyyarələrə yüklənməsi qadağandır. Zəmzəm suyunu təkcə iki dəhlizli təyyarələrdə daşımaq olar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Xəlictaymz" (khaleejtimes) informasiya portalına istinadla verdiyi xəbərə görə, Hindistanın hava yolları şirkətləri bu ilin Həcc səfəri təyyarələri ilə Zəmzəm suyunun daşınması qadağan ediblər.

Air India's (AI) hacılara elan edib ki, bu il Səudiyyə Ərəbistanından qayıdarkən böyük su qablarında Zəmzəm sularının kiçik və bir dəhlizli təyyarələrə yüklənməsi qadağandır. Zəmzəm suyunu təkcə böyük və iki dəhlizli təyyarələrdə daşımaq olar.

Hava yolları şirkətləri bu qərarı kiçik və bir dəhlizli təyyarələrdə oturacağın az olması ilə əlaqələndiriblər.  

Air İndia`a hava yolları şirkətlərinin bu qadağası Sentyabr ayının 15-dək Ciddə-Heydərabad, Ciddə-Bombeyi və Ciddə-Kuçin reyslərində icra ediləcək.  

Hindistanlı Həcc müsafirləri bu ölkənin hava yolları şirkətlərinin qərarına etirazlarını bildirərək deyiblər ki, Məkkədən Zəmzəm suyu gətirmək bir sünnətdir, bizim Məkkədən gətirdiyimiz əsas mənəvi hədiyyə Zəmzəm suyudur, biz bu suyu dostlar və qohumlar arasında paylayırıq və məzhəbi mərasimlərimizdə istifadə edirik.  

http://iqna.ir/fa/news/3825861

Ad:
E-poçt:
* Comment: