IQNA

Yəməndə Səudiyyə Ərəbistanına casusluq edən 30 nəfər edam olunacaq

23:00 - July 10, 2019
Xəbər sayı: 3485481
Yəmənin paytaxtı Sənada işğalçı Səudiyyə Ərəbistanına casusluqda ittiham olunan 36 nəfərin məhkəməsi keçirilib. Məhkəmə 30 nəfər haqqında edam hökmü çıxardıb, 6 nəfər isə bəraət qazanıb. 
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Yəmən məhkəməsi Səudiyyə Ərəbistanına casusluqda ittiham olunan 30 nəfər haqqında edam hökmü çıxardıb.
Yəmənin paytaxtı Sənada işğalçı Səudiyyə Ərəbistanına casusluqda ittiham olunan 36 nəfərin məhkəməsi keçirilib. 
Məhkəmə 30 nəfər haqqında edam hökmü çıxardıb, 6 nəfər isə bəraət qazanıb. 
Edama məhkum olunan şəxslər  Yəmənə hava hücumları təşkil etmək üçün koalisiya qüvvələrinə məlumat ötürüblər. 
Səudiyyə Ərəbistanı rejiminin rəhbərlik etdiyi koalisiya qüvvələrinin 2015-ci ildən indiyədək Yəmənə amansız hücumları və təcavüzü nəticəsində rəsmi məlumatlara görə, 10 mindən çox uşaq və qadın həyatını itirib, 55 min nəfər yaralanıb, 8,4 milyon nəfərin aclıq həddinə yaxınlaşdığı bildirilir. 
Səudiyyə Ərəbistanı rejiminin Yəməni mühasirədə saxlaması və ölkəyə humanitar yardımın əngəllənməsi səbəbindən Yəməndə kütləvi xəstəliklər hökm sürür.
Teqlər: iqna ، yəmən ، casus ، edam ، səudiyyə
captcha