IQNA

23:17 - July 10, 2019
Xəbər sayı: 3485482
Kanadanın İslami təşkilatlarından və vətəndaş azadlıqları qruplarından biri bu ölkənin Kvebek əyalətində həyata keçirilən dinsizlik və dini təmizləmə layihəsi əleyhinə məhkəməyə şikayət etdilər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Kanadanın İslami təşkilatlarından və vətəndaş azadlıqları qruplarından biri bu ölkənin Kvebek əyalətində həyata keçirilən dinsizlik və dini təmizləmə layihəsi əleyhinə məhkəməyə şikayət etdilər.

Kanada müsəlmanlarının milli şurası, vətəndaş hüquqları birliyi və Monteral universitetinin hicablı müsəlman xanımları bu məhkəmə işində şikayətçi qismində çıxış edirlər.  

Kanadalı müsəlmanların Kvebek əyaləti rəsmilərinin din əleyhinə ayrıseçilik və dinsziləşdirmə siyasətlərinin əleyhinə şikayət işində vəkili Katrin Makanzi deyib: "Qanun:21" adlanan layihə iş yerlərində dini simvollardan istifadə və dini geyimləri geyinməyi konsitutsiyaya zidd hesab edərək qadağan edib.

Vəkil məhkəməyə müaricət edərək bildirib: Kvebek əyaləti din və dövlət əlaqələri arasındakı qanunlara müdaxilə edərək sekulyarizmi vətəndaşlara zorla yükləyir. Halbuki bu səlahiyyət təkcə federal dövlətə aiddir.

Şikayətçilər tələb edirlər ki, məhkəmə iş yerlərində dini simvollardan istifadəni qadağan edən qanunu ləğv etsin.    

http://iqna.ir/fa/news/3825943

Teqlər: kanada ، islamofobiya ، kvebek ، hicab ، iqna
Ad:
E-poçt:
* Comment: