IQNA

6:42 - July 11, 2019
Xəbər sayı: 3485484
"Əsrin müqaviləsi toplantısının Bəhreyndə keçirilməsinin səbəbi kimi demək olar ki, Mənamə rəsmiləri İsrailin gücündən istifadə edərək hakimiyyətlərinin təhlükəsizliyini qorumaq istəyirlər".

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Amerika və İsrail layihəsi olan "Əsrin Müqaviləsi" adlı layihənin ilk addımı Bəhreynin Mənamədə keçirilən "İqtisadi çiçəklənmə üçün sülh" toplantısı idi.

Bu toplantıda Fələstinli qaçqınların sığınacaq olan İordaniya, Livan və Misrə işğal edilmiş Qəzza sahillərində 50 milyon sərmayə yatırılması təklifi edildi.

Amma İsrailin maraqlarını təmin etmək üçün yaradılmış bu toplantı bütün Fələstinli mücahid qruplar tərəfindən boykot edildi və bir çox İslami ölkələr tətəfindən etirazla qarşılandı.

"Əsrin müqaviləsinin Bəhreyndə keçirilməsinin səbəbi kimi demək olar ki, Mənamə rəsmiləri İsrailin gücündən istifadə edərək hakimiyyətlərinin təhlükəsizliyini qorumaq istəyirlər". - bu fikri İQNA ilə müsahibəsində Bəhreynin "əl-Vəfa" İslm Hərəkatının məsullarından biri səsləndirib.

Bəhreynli mübariz ruhani Seyid Mürtəza əs-Sindi deyib: Ali-Xəlifə rejimi bu gün xalq etirazlarını yatırtmaq üçün Amerikanın və İsrail rejiminin təhlükəsizlik dəstəyinə ehtiyaclıdır. Buna görə də Əsrin Müqaviləsi toplantısına evsahibliyi edərək İsrailin maraqlarına xidmət etdi.

Bəhreynin bu toplantı üçün istifadə edilməsinin səbəbi açıqlayan mübariz ruhani əlavə edib: Bəhreynin ipi İsrail ilə əlaqələrin sadələşdirilməsinin ardınca olan Fars körfəzi ölkələrinin əlindədir. Bu ölkələrin başında Səudiyyə Ərəbistanı durur. Səudiyyə Bəhreyni bu siyasətin icrası yönündə qurbanlıq toğluya çevirdi.

O vurğulayıb: Əgər Bəhreyn hakimiyyəti hiss etəsydi ki, öz milləti tərəfindən qəbul edilir, o zaman Ali –Xəlifə yaşamaq üçün Amerika və İsrailə əl uzatmazdı.  

http://iqna.ir/fa/news/3824022

Ad:
E-poçt:
* Comment: