IQNA

8:15 - July 11, 2019
Xəbər sayı: 3485485
Əbaziyyə fiqhi Cabir ibn Zeyd Əzdi, Əbu Übeydə Müslim ibn Əbi Kərimə və Rəbi ibn Həbib Fərahidinin səhabələrdən, o cümlədən İbn Məsud, İbn Abbas və digərlərindən nəqlləri əsasında formalaşmışdır.   

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının Malaziyadakı sabiq Mədəniyyət Əlaqələri İdarəsinin məsulu və Həcc və Ziyarət araşdırma mərkəzinin direktoru Dr. ƏliƏkbər Ziyayinin qələmə aldığı "Əbaziyyə fiqhi" kitabı 248 səhifədə çap və nəşr edilib.

Bu kitab Tehranın beynəlxalq "Əmin" nəşriyyatının təşəbbüsü ilə çapdan çıxıb.

Kitabda Əbaziyyə fiqhinin istinbat əsasları, ictihad qaynaqları, ictihad meyarları və şərtləri, müctəhidin xüsusiyyətləri, Əbaziyyə məzhəbinin əsas fiqh üsulu qaydaları, Əbaziyyə fiqhinin şiə və sünni fiqhi ilə müqayisədə xüsusiyyətləri,  və digər mövzular geniş şəkildə izah edilmişdir.

Əbaziyyə fiqhi Cabir ibn Zeyd Əzdi, Əbu Übeydə Müslim ibn Əbi Kərimə və Rəbi ibn Həbib Fərahidinin səhabələrdən, o cümlədən Abdullah ibn Məsud, İbn Abbas və digərlərindən nəqlləri əsasında və Quran, Sünnə, Qiyas, İstehsan və İcma kimi qaynaqlar formalaşmışdır.   

http://iqna.ir/fa/news/3826197

Teqlər: iqna ، Əbaziyyə ، ictihad ، fiqh ، üsul ، müctəhid ، sünni ، şiə
Ad:
E-poçt:
* Comment: