IQNA

Şimali Karolinada Quran hifzi yarışları keçiriləcək

10:58 - July 13, 2019
Xəbər sayı: 3485494
Quran yarışçılarının hifzinin səhihliyi, təcvid qaydalarına riayət və Ərəb əlifbası həriflərinin düzgün tələffüzü yarışları zamanı hakimlərin qiymətləndirmə meyarı olacaq.  

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "annoorquranacademy" informasiya və maarif portalına istinadla verdiyi xəbərə görə, Amerikanın Şimali Karolina əyalətinin "Rali" şəhərinin İslam Birliyinin təşəbbüsü ilə müxtəlif yaşlar üçün Qurani-Kərim yarışları keçiriləcək.

Bu yarışlarda iştirak etmək istəyənlər üçün qeydiyyat başlayıb və İyul ayının sonunadək davam edəcək.

Rali şəhərinin "Nur Quran Akademiyası"nın tərəfindən təşkil edilən Qurani-Kərimin hifzi yarışları Sentyabr ayının 14-də keçiriləcək.

Quran yarışçılarının hifzinin səhihliyi, təcvid qaydalarına riayət və Ərəb əlifbası həriflərinin düzgün tələffüzü yarışları zamanı hakimlərin qiymətləndirmə meyarı olacaq.  

http://iqna.ir/fa/news/3826393

captcha