IQNA

Quranın Məryəmin anadan olması barədə dastanı – Foto

12:04 - July 14, 2019
Xəbər sayı: 3485501
Bu dastan İranın Manildəki Mədəniyyət Əlaqələri İdarəsinin təşəbbüsü ilə Fippinin katolik kilsəsinə bağlı "OUR LADY Of LUJAN" xeyriyyə mədrəsəsində keçirilən proqramda xristianlar üçün danışılıb. 

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Həzrət Məryəmin (s) Qurani-Kərimdə anadan olması barədə dastanı bu müqəddəs kitabın Ali-İmran surəsinin 35-36-cı ayələrində rəvayət edilib.

Bu dastan İran İslam Respublikasının Manildəki Mədəniyyət Əlaqələri İdarəsinin təşəbbüsü ilə Fippinin katolik kilsəsinə bağlı "OUR LADY Of LUJAN" xeyriyyə mədrəsəsində keçirilən proqramda xristianlar üçün danışlıb. 

İran İslam Respublikasının "hüsnxətt ustadları birliyi"nin Manildəki şöbəsinin həmkarlığı ilə keçirilən bir gün proqramda iştirakçılara və şagirdlərə İranşünaslıq, hüsnxətt və Quran dastanları öyrədilib.

Bir günlük təlim kursunda məktəb şagirləri, İİR-nın Mədəniyyət Əlaqələri İdarəsinin məsulları, İran İslam Respublikasının "hüsnxətt ustadları birliyi"nin Manildəki şöbəsinin müdiri və Argentinalı ruhani bacı Cristo Pobre iştirak ediblər. 

Proqram çərçivəsində şagirdlərə İran mədəniyyəti, İslam tarixi və incəsənəti və səmavi dinlərin müştərək dəyərləri barədə məlumat verilib, onlarla kitab hədiyyə edilib.

Qeyd edək ki, Həzrət Məryəmin (s) dastanı Qurani-Kərimin "Ali-İmran" surəsinin 35-36-cı ayələrində keçib. Bu ayələri xanım Təndis Təqəvi xristianlıq və İslamın müştərək dəyərlərindən danışarkən xatırladıb.

O, ayəyə istinadla deyib: "Məryəm" sözü "abid qadın" deməkdir. Ali-İmran (İmranın ailəsi), Həzrət İsa (ə) ə Həzrət Musada (ə) və digər İlahi şəxsiyyətlər müsəlmanlar üçün örnək hesab edilir. İnsanın dünyadakı həqiqi vəzifəsi dünyadakı real həqiqəti tapmaq və özünü və ətrafını hidayət və inkişaf yolunda hərəkət etdirməkdir.

http://iqna.ir/fa/news/3826664

Teqlər: manil ، məryəm ، ali-imran ، filippin ، iqna
captcha