IQNA

Londondan Mədinəyə velosipedlə - Foto

19:19 - July 14, 2019
Xəbər sayı: 3485504
Səkkiz nəfərdən ibarət bir qrup müsəlman velosipedçi Həcc səfərinə 4 min km.-lik yolu velosipedlə gedirlər. Onlar Londondan Mədinəyədək olan bu məsafəni 60 gün ərzində başa vuracaqlar.  

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bir qrup müsəlman velosipedçi Həcc səfərinə 4 min km.-lik yolu velosipedlə gedirlər. Onlar bu məsafəni 60 gün ərzində başa vuracaqlar.  

Onlar Londondan Mədinəyədək məsafəni ehtiyaclı müsəlmanlara 500 min pond (628 min dollar) yardım toplamaq hədəfi ilə qət edəcəklər.

İngiltərəli səkkiz nəfərlik velosipedçi qrupu yol boyu müsəlmanlara digər müsəlmanların problemləri barədə məlumat verəcəklər.

İyun ayının 7-də Londondan Həcc səfərinə çıxan velosipedçilər 17 müxtəlif ölkədən keçərək dünən, həftənin Şənbə günü, 13 İyul 2019-cu il, Türkiyənin İstambul şəhərinə çatıblar.

Onların yol xərclərini səfər zamanı xeyriyyəçi insanlar təmin edirlər.  

http://iqna.ir/fa/news/3827017

captcha