IQNA

8:55 - July 16, 2019
Xəbər sayı: 3485514
Beynəlxalq "əş-Şəfi" Qurani-Kərimin hifzinin təlimi layihəsi əsas qərargahı Küveytdə yerləşən "Beynəlxalq İslami Xeyriyyə Şurası" tərəfindən dünyanın müxtəlif ölkələrində icra edilir.

Tunisin beynəlxalq Qurani-Kərim hifzi təlimi layihəsində iştirak edən 225 nəfər bu təlim müddətini uğurla başa vuraraq məzun olublar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "kuna" informasiya portalına istinadla verdiyi xəbərə görə, "əş-Şəfi" Quran hifzinin təlimi layihəsi əsas qərargahı Küveytdə yerləşən "Beynəlxalq İslami Xeyriyyə Şurası" tərəfindən dünyanın müxtəlif ölkələrinə icra edilir.

"əş-Şəfi" Quran hifzi layiəsinin əsas hədəfi Qurani-Kərimi hifz etmək həvəsində olanlara dəstək olmaqdır.  

Bu layihə Tunisdə də "Mərhəmət" sosial xeyriyyə cəmiyyətinin həmkarlığı ilə həyata keçirilib.

Tunisli 225 məzunun mükafatlandırılması və yekun mərasimi keçən həftənin Bazar günü, 14 İyul 2019-cu il, keçirilib.

Mərasimdə Küveytin Tunisdəki səfiri Əli Züfəyri, beynəlxalq "əş-Şəfi" layihəsinin rəisi Xalid əl-Qəssar, Tunis parlamentinin nümayəndələrindən bir qrupu, dini alim və şəxsiyyətlər və Küveytin "Zəkat Evi"nin nümayəndələri iştirak ediblər.

Beynəlxalq "Şəfi" layihəsinin rəisi Xalid Qəssar mərasimdə çıxış edərək deyib: "əş-Şəfi" Quran hifzi layihəsində iştirak edənlərin çoxalması İslami dəyərlərin yayılmasında bir yenilik olan bu layihənin uğur qazandığını göstərir.

O əlavə edib: Əsas müxatəbləri cavan nəsil olan bu layihə onları radikal fikirlərin tələsinə düşməkdən və habelə İslam və Ərəb cəmiyyətlərini təhdid edən radikalizmə yuvarlanmaqdan qoruyur.  

Qeyd edək ki, Küveytin "Beynəlxalq İslami Xeyriyyə Şurası"nın təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrində icra edilən "Beynəlxalq əş-Şəfi Quran Hifzi Təlim Layihəsi" çərçivəsində yeni texnologiya vasitələrindən istifadə edilərək cavanlara Quran hifzi və Quran elmləri öyrədilir.    

http://iqna.ir/fa/news/3827206

Ad:
E-poçt:
* Comment: