IQNA

10:07 - July 16, 2019
Xəbər sayı: 3485516
Nigeriya İslam Hərəkatının lideri Şeyx Zəkzəkinin oğlu Məhəmməd atasının səhhəti ilə bağlı verdiyi növbəti bəyanatında, özü və Şeyx Zəkzəkinin qanuni vəkilinin rejimin rəsmiləri ilə görüşdüyünü bildirib.

İQNA-nın verdiyi xəbərə görə, Nigeriyada Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri və Nigeriya İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzəkinin oğlu Məhəmməd İbrahim Zəkzəki atasının səhhəti ilə bağlı verdiyi növbəti bəyanatında, özü və Şeyx Zəkzəkinin qanuni vəkilinin rejimin rəsmiləri ilə görüşdüyünü bildirib.

Məhəmməd İbrahim iyulun 13-ü atası ilə görüşmək üçün bütün ailə üzvləri ilə Kadunaya gəldiklərini deyərək, yalnız anlaşılmazlığa görə, ona və qanuni vəkilə Şeyx Zəkzəki və xanımı ilə görüşmək icazəsi verilmədiyini bildirib.

“Atama nəhayət telefonla zəng etmək imkanı verildi və biz əlaqə saxlaya bildik. Məhkəmənin vaxtı təyin olundu və bir çox verilən sözlər yerinə yetirildi”, - deyən Muhəmməd İbrahim sözlərini belə davam etdi: “Bu yaxşı xəbərdir. Pis xəbər ondan ibarətdir ki, atam ikinci dəfə insult keçirib. Bu yüngül olmasına baxmayaraq, bu qədər qısa bir müddətdə iki yüngül insult keçirməsi həddindən artıq çoxdur və vaxtı sınamağa ehtiyac yoxdur. Mən təcili tibbi yardımın edilməsi üçün lazım olan bütün zəruri tədbirləri görmüşəm, yoxlanılıb və hər şey hələ də yerindədir. Lakin hələlik rəsmilərin beynəlxalq pasportlarını yenidən verəcəkləri ilə bağlı vədlərini yerinə yetirməsini gözləyirik. Xüsusilə də, bazar ertəsi günü bir neçə saatdan az bir müddətdə əldə etməyimiz üçün biz onlara lazım olan bütün sənədləri vermişik. Mən “hamımız Allahdanıq və ona doğru qayıdacağıq” deməkdən əvvəl, yenidən ictimaiyyətə rəsmiləri prosesi sürətləndirməyə çağırıram. Daha yüngül şeylər olub ki, güclü insanları öldürmüşdür, Allah onu uzun müddət aramızda saxlamaq qərarına gəldiyi üçün o, hələ də sağdır. Bir güllə, travma, izolyasiya, fiziki işgəncə, psixoloji işgəncə və bu qədər dəhşətli bir şeyi hələ demirəm! Keçmişdə qaldı. Atam dərhal xəstəxanaya yerləşdirilməlidir! Dərhal. Sabah mən prosesdə harada olduğumuzu bildirəcəm”.

Teqlər: iqna ، zəkzaki ، şeyx ibrahim ، nigeriya
Ad:
E-poçt:
* Comment: