IQNA

14:36 - July 16, 2019
Xəbər sayı: 3485518
Yəmənin Ənsarullah hərəkatının sözçüsü və Yəmən Milli Nicat hökumətinin sülh danışıqlarında nümayəndə heyətinin rəhbəri Məhəmməd Əbdüssalam Səudiyyə Ərəbistanına xəbərdarlıq edib.
İQNA-nın verdiyi xəbərə görə, Yəmənin Ənsarullah hərəkatının sözçüsü və Yəmən Milli Nicat hökumətinin sülh danışıqlarında nümayəndə heyətinin rəhbəri Məhəmməd Əbdüssalam Səudiyyə Ərəbistanına xəbərdarlıq edib.
Maide.Az bildirir ki, ötən gecə öz twitter səhifəsində açıqlama verən M. Əbdüssalam deyib ki,  “Yəmənlilər hücumlarını təkcə ABŞ-Səudiyyə koalisiyasının təcavüzünün dayandırılması və mühasirənin tam ləğvi ilə dayandıracaq. Bundan başqa hər bir şey yalnız xəyal ola bilər”. 
M.Əbdüssalam yəmənlilərin hücumlarını müdafiə xarakterli və qanuni adlandırıb və Yəmən silahlı qüvvələrinin hücumlarının artırılacağını vurğulayıb. 
Qeyd edək ki, Yəmən Xalq Komitələri və Ordusu ötən bir ay ərzində  Səudiyyə Ərəbistanın  Nicran, Cazan və Abha bölgəsində hava limanlarına hücumlar edib.  ABŞ Hava Hücumundan Müdfaiə  Sistemləri ilə hücumların qarşısını almağa çalışsada  yəmənllər  raket və pilotsuz təyyarə ilə hava limanlarına zərbələr endirib. 
Yəmən qüvvələri  Səudiyyə Ərəbistanın  başçılıq etdiyi koalisiya qüvvələrinin 2015 –ci ildən Yəmənə təcavüzü və hava hücumlarına cavab olaraq  bu ölkənin hava limanlarına hücumlar təşkil edir. Səudiyyə Ərəbistan hücumların ardından müzakirələr aparmağa hazır olduğunu bildirib. 
Səudiyyə Ərəbistanı rejiminin rəhbərlik etdiyi koalisiya qüvvələrinin 2015-ci ildən indiyədək Yəmənə amansız hücumları və təcavüzü nəticəsində rəsmi məlumatlara görə, 10 mindən çox uşaq və qadın həyatını itirib, 55 min nəfər yaralanıb, 8,4 milyon nəfərin aclıq həddinə yaxınlaşdığı bildirilir. 
Səudiyyə Ərəbistanı rejiminin Yəməni mühasirədə saxlaması və ölkəyə humanitar yardımın əngəllənməsi səbəbindən Yəməndə kütləvi xəstəliklər hökm sürür.
 
Teqlər: iqna ، Yəmən ، Səna ، Ənsarullah
Ad:
E-poçt:
* Comment: