IQNA

23:33 - July 16, 2019
Xəbər sayı: 3485522
Almaniyada "Dinlər sülh üçün" X Beynəlxalq Konfrans "Bizim müştərək gələcəyimiz və hamı üçün müştərək rifahın inkişafı" devizi ilə cari ilin Avqust ayının 20-dən 23-dək keçiriləcəkdir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Almaniyada "Dinlər sülh üçün" X Beynəlxalq Konfrans "Bizim müştərək gələcəyimiz və hamı üçün müştərək rifahın inkişafı" devizi ilə cari ilin Avqust ayının 20-dən 23-dək keçiriləcəkdir.

Bu konfrans insan haqlarının qorunması, dini savaşlar, irqçilik, dini ayrıseçkilik, radikalizm və zorakılığla mübarizə üçün yolların və bu mənfi hallarının səbəblərinin araşdırılması hədəfi ilə Almaniyanın Konstans (Boden) gölünün şərqində yerləşən Lindau şəhərində keçiriləcək.

"Dinlər Sülh üçün" konfransında dünyanın 100 ölkəsinin dini məzhəb başçıları və dini rəhbərlərindən ibarət 900 nəfər iştirak edəcək.

Qeyd edək ki, "Dinlər Sülh üçün" təşkilatı qeyri-hökumət təşkilatıdır. Bu təşkilat 1973-cü ildə Amerikada yaradılmışdır. Hazırda dünyanın 90 ölkəsində fəaliyyət göstərir. Bu təşkilatın üzvləri hər beş ildə bir dəfə dünyanın müxtəlif dini problemlərini araşdırmaq və müzakirə etmək üçün iclas keçirirlər.  

http://iqna.ir/fa/news/3827725

Ad:
E-poçt:
* Comment: