IQNA

7:13 - July 17, 2019
Xəbər sayı: 3485523
"Həcc şeytanlar ilə mübarizənin simvoludur və məntiqi deyil ki, müsəlmanlar Mina çölündə Şeytanın heykəlini daşlasınlar, amma böyük Şeytan olan Amerikanın qarşısında baş əysinlər və xar olsunlar".    

Dünya müsəlmanlarının mənəvi lideri Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xameneinin Hindistandakı nümayəndəsi Höccətul-İslam vəl-müslimin Mehdi Mehdipur İslam ölkələrinin Həcc məsələlərində həmfikr olmaqlarının zəruriliyinə işarə edərək vurğuladı: Ərəbistan Həcc mərasiminin daha yaxşı keçirilməsi üçün digər İslam ölkələri ilə də müşavirə etməli və məsləhətləşməlidir.

Höccətul-İslam vəl-müslimin Mehdi Mehdipur keçən həftə (10 İyul 2019) Hindistanın Bombey şəhərində keçirilən Həcc iclası barədə İQNA ilə müsahibəsində dedi: Həcc elmi iclası İran İslam Respublikasının Mədəniyyət Əlaqələri İdarəsinin təşəbbüsü və Şiə və Əhli-Sünnənin tanınmış və nüfuzlu alimlərinin, o cümlədən  Hindistan Alimləri Şurasının katibi Məhmud Dəryabadi, yazıçı və alim Əbdülvəhid Fəyyazi, dini kitablar müəllifi Mümtaz Əəzəmi, Quran təfsirçisi və camaat imamı Rizvanullah Siddiqi, Xucə məscidinin camaat imamı Əhməd Əli Abidi, Həzrət Zəhra (s) məscidinin camaat imamı Fəyyaz Baqir, İslam elmləri müəllimi və müəllif Hüseyn Kərarəvi,  İslami elmlər ustadı Fərman Əli Musəvi və Kerila əyaləti məscidinin camaat imamı Əskəri Kerilanın iştirakı ilə keçirildi.

لزوم همفکری آل‌سعود و کشورهای اسلامی در برگزاری حج

O əlavə etdi: Üç saat davam edən iclasda Həccin fəlsəfəsi, Həcc konqresinin müsəlmanların birliyində rolu, Həccin müsəlmanların problemlərinin həllində təsiri və Həcc mərasiminin müdiriyyət edilməsi kimi mövzular müzakirə edildi.

Mehdipur dedi: Müsəlman alimləri bildirdilər ki, hazırda Həcc mərasiminin keçirilməsində bir sıra problemlər mövcuddur. Ali-Səud bu müqəddəs məkanların idarə işləri üçün vəkildir, Məkkə və Mədinənin sahibi və maliki deyil. Buna görə də Həcc ayinlərinin keçirilməsində digər İslami ölkələr ilə həmrəylik etməli və onların da məsləhətlərini dinləməlidir.   

Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xameneinin Hindistandakı nümayəndəsi vurğuladı: Həcc mərasiminin keçirilməsinin idarəçiliyi Ali-Səudun əlindədir. Bu məsələ də hacılar üçün bir sıra problemlərin yaranmasına səbəb olub. Buna görə də Səudiyyə Həcc ayinlərinin icarının təşkili üçün digər müsəlman ölkələri ilə həmkarlıq etməlidir. Çünki Həcc mərasimi təkcə fərdi ibadət deyil, bütün müsəlmanların siyasi və sosial məsələlərinə sıx bağlı bir ayindir.  

O əlavə etdi: Dünyanın hər yerindən üç milyon müsəlmanın toplaşdığı bu mərasimdən səmərəli istifadə edilməli, müsəlmanlar İslam dünyasında baş verən dəyişikliklərdən və bir-birinin dərdindən və İslam dünyasının problemlərinin həlli yollarından agah edilməlidirlər. Habelə bu mərasimdən onların birliyi və həmrəyliyini möhkəmləndirmək üçün istifadə edilməlidir.

Dünya müsəlmanlarının mənəvi lideri Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xameneinin Hindistandakı nümayəndəsi Höccətul-İslam vəl-müslimin Mehdi Mehdipur Həccin mənəvi dəyərlərindən, müsəlmanların dünya libasını soyunaraq hamının axirət libası geyinməsi və bütün təbəqələrin eyniləşdirilməsi və ürəklərin bir-birinə yaxınlaşmasından danışaraq dedi: Həcc şeytanlar ilə mübarizənin simvoludur və məntiqi deyil ki, müsəlmanlar Mina çölündə Şeytanın heykəlini daşlasınlar, amma böyük Şeytan olan Amerikanın qarşısında baş əysinlər və xar olsunlar.    

http://iqna.ir/fa/news/3826523

Ad:
E-poçt:
* Comment: