IQNA

Amerikada uşaqlara təcvid dərsi keçiriləcək

6:43 - July 18, 2019
Xəbər sayı: 3485531
Amerikanın Virciniya əyalətinin Aleksandria şəhərinin "MakeSpace" İslam müəssisəsi tərəfindən azyaşlı uşaqlara Qurani-Kərimin təcvid qaydalarının öyrədilməsi kursu təşkil ediləcək.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Amerikanın Virciniya əyalətinin Aleksandria şəhərində uşaqlara Qurani-Kərimin təcvid qaydalarının öyrədilməsi kursu təşkil ediləcək.

Amerikanın "MakeSpace" İslam müəssisəsi tərəfindən təşkil edilmiş təcvid dərsləri kursunda 5 yaşından 12 yaşınadək uşaqlar iştirak edəcəklər.  

Üç mərhələdə (müqəddimə (ibdtiyai), mütəvəssitə (orta) və qabaqcıl səviyyələrdə) keçiriləcək bu kurslarda uşaqlara Qurani-Kərimin üzündən rəvan və doğru tilavət edilməsi və peşəkar qiraəti gücləndirmək məharəti öyrədiləcək.

İbtidayi səviyyədə uşaqlar Ərəb əlifbası, həriflərin düzgün tələffüzü və səsləndirilməsi ilə tanış olacaq və bir neçə qısa surəni oxumağı öyrənəcəklər. Orta səviyyədə Quranın cümlə tərkibi, sözləri, təcvid qaydalarını bir neçə surəni oxumaqla mənimsəyəcəklər. Qabaqcıl səviyyədə isə Quranın təcvid əsaslarını tam öyrənəcək və qiraətlərinə tətbiq edəcəklər.

Qeyd edək ki, yay tətilləri üçün tədarük görülmüş bu dərs proqramı İyul ayının 20-dən başlayacaq və hər həftənin Şənbə günləri davam edəcək.    

http://iqna.ir/fa/news/3827857

captcha