IQNA

7:41 - July 18, 2019
Xəbər sayı: 3485533
Türkiyənin yerli məsulları Osmanlı imperiyası dövrünə aid "Orhan Qazi" məscidinin təmirinin başa çatdığını və yaxın günlərdə namazqılanların istifadəsinə veriləcəyini elan ediblər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Türkiyənin yerli məsulları Osmanlı imperiyası dövrünə aid "Orhan Qazi" məscidinin təmirinin başa çatdığını və yaxın günlərdə namazqılanların istifadəsinə veriləcəyini elan ediblər.

Orhan Qazi məscidi Osmanlı imperiyası zamanında, 1323-cü ildə, indiki Türkiyə cümhuriyyətinin Sakarya əyalətinin Adapazarı şəhərində tikilib.

Sakarya əyalətinin müftisi Ehsan Açık həftənin ikinci günü (16 İyul 2019) bu məscidin öz orjinal memarlığı əsasında təmir edildiyini və yaxın günlərdə yenidən açılacağını xəbər verib.

Məsulların dediyinə görə, məscidin yenidən təmiri və bərpa işləri zamanı əl ilə düzəldilmiş qədim rəsmlər və qızıl piltə aşkarlanıb.

Qeyd edək ki, bu qədim məscid kimi təbii bəlalar səbəbi ilə istifadəyə yararsız hala düşmüş və minarələri dağılmışdı. 1999-cu ildə baş vermiş 7 bal gücündə zəlzələ məscidə ciddi ziyan vurmuşdu.     

http://iqna.ir/fa/news/3827936

Ad:
E-poçt:
* Comment: