IQNA

8:02 - July 19, 2019
Xəbər sayı: 3485537
Şeyx Zəkzakinin vəkilləri onun müalicə üçün Hindistana getməsinin zəruri olduğunu məhkəmədə vurğulasalar da hakim buna əhəmiyyət verməyib və bu barədə qərar çıxarılmasını on gün təxirə salıb.  

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünən, həftənin Cüməaxşamı günü, 18 İyul 2019-cu il, yerli vaxtla səhər saat 9:00-da, Nigeriya İslam Hərəkatının rəhbəri Şeyx İbrahim Zəkzakinin məhkəməsi keçirilib.

Şeyx İbrahim Zəkzaki xəstəliyinin ağır və cismi baxımdan zəif olduğu üçün pilləkənləri qalxa bilməyib və məhkəmə zalına girməyib.  

Kaduna şəhərində keçirilən məhkəmədə Şeyxin barəsində hökm çıxarılması İyul ayının 29-dək təxirə salınıb.

Şeyx Zəkzakinin vəkilləri onun xəstəliyinin ağır və buna görə də müalicə üçün Hindistana getməsinin zəruri olduğunu məhkəmədə vurğulasalar da hakim buna əhəmiyyət verməyib və bu barədə qərar çıxarılmasını on gün təxirə salıb.  

London İslami İnsan Haqları Komisiyasının rəisi Məcud Şəcərə Nigeriyanın Kaduna əyalət məhkəməsinin bu qərarına etiraz edərək məhkəmə tərəfindən belə bir addımın inanılmaz olduğunu vurğulayıb.

O bildirib ki, Şeyx Zəkzakinin sağlamlıq vəziyyəti olduqca ağırdır və hər gün daha pisləşir. Buna görə də Nigeriya dövləti dünya siyasət səhnəsində az da olsa qalan abırını qorumaq üçün onu ən tez zamanda sərbəst buraxmalıdır.

İslami İnsan Haqları Komisiyasının rəisi Məcud Şəcərə bütün insan hüquqları aktivistlərindən istəyib ki, Şeyx İbrahim Zəkzakinin qeyri-qanuni həbsinə etirazlarını davam etdirsinlər.   

http://iqna.ir/fa/news/3828137

Ad:
E-poçt:
* Comment: