IQNA

9:28 - July 19, 2019
Xəbər sayı: 3485539
Türkiyənin Kocaeli əyalətinin Başiskele rayonunun camaat imamı Kadir Çelikiz uşaqları məscidə və yay tətili Quran təlimi kurslarında iştirak etməyə cəzb etmək üçün maraqlı metoddan istifadə edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Türkiyənin şimal-qərbində Kocaeli əyalətinin Başiskele rayonunun camaat imamı Kadir Çelikiz uşaqları məscidə və yay tətili Quran təlimi kurslarında iştirak etməyə cəzb etmək üçün maraqlı metoddan istifadə edib.

Məscidin camaat imamı uşaqları məscidə gəlməyə və Quran öyrənməyə həvəsləndirmək üçün məscidin həyətində oyun meydançası düzəldərək məscidin atmosferini uşaqlar üçün cazibədar edib.  

O, xeyriyyəçilərin köməyi ilə məscidin həyətində şişmə qala quraşdırmışdır. Bu qalada uşaqlar üçün teatr tamaşası icra edilir. Habelə uşaqlara şirini və yeməlilər də verilir.

Kocaeli əyalətinin Başiskele rayonunun camaat imamı Kadir Çelikiz bu üsulla məscidin yay Quran təlimlərində iştirak edən uşaqların sayını bir il ərzində 30 nəfərdən 150 nəfərədək çoxalda bilib. Bu il isə Quran təlimi kurslarında iştirak etmək üçün 250 nəfər uşaq az yazdırıb.

Məscidə Quran öyrənmək üçün gələn uşaqlar dərsdən sonra teatr səhnəsinə tamaşa edirlər. Teart vasitəsi ilə də onlara İslam əxlaqı məfhumları öyrədilir.

Qeyd edək ki, Türkiyənin Dini İşlər Təşkilatı (DİB) son zamanlarda məscidlərdə uşaqların acılanması əleyhinə kampaniya başladıb. Bu kampaniya çərçivəsində məscidə gələnlərdən istənilir ki, uşaqları məsciddə səs-küy yaratdıqları üçün danlamasınlar və yumuşaq davransınlar.  

http://iqna.ir/fa/news/3828079

Play and pray: Mosque's playground draws kids

Play and pray: Mosque's playground draws kids

Play and pray: Mosque's playground draws kids

 

Ad:
E-poçt:
* Comment: